Modern.az

Ali məktəblərə tələbə qəbulu qaydalarında DƏYİŞİKLİK təsdiqləndi

Ali məktəblərə tələbə qəbulu qaydalarında DƏYİŞİKLİK təsdiqləndi

8 Fevral 2017, 18:13

Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirlib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.

Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib. Təsdiq olunan qəbul qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının müvafiq buraxılışlarında çap ediləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir