27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Banklarda manat qıtlığı: 600 milyon manat dövriyyədən çıxarılıb
Banklarda manat qıtlığı: 600 milyon manat dövriyyədən çıxarılıb
08.02.2017, 21:05

İlin ilk ayından başlayaraq banklarda manat qıtlığı yaşanır. Əksər banklar müştərilərə nəğd manat verməkdə çətinlik çəkir. Bank əməkdaşları bunun onlar üçün də xoş olmadığını bildirməklə yanaşı, problemi həm xarici valyuta satıb manat alanların çoxluğu, həm də Mərkəzi Bankdan pul götürməkdə yaranan çətinliklərlə izah edirlər. Bu isə iş adamlarına hesablarında olan manatdan istifadə etməkdə, nəticədə həm də əmək haqlarının ödənilməsində çətinlik yaradır.

Yaranmış problemi Modern.az saytına şərh edən iqtisadçı ekspert Samir Əliyev deyir ki, əsas səbəblərdən biri manata qarşı olan təzyiqin qarşısını almaq üçün atılan addımdır: “Manata olan təzyiqin qarşısını almaq yollarından biri də dövriyyədə olan pul kütləsini məhdudlaşdırmaqdır. Hazırda Mərkəzi Bankın manatı qorumaq üçün istifadə etdiyi ən əsas vasitələrdən biri budur. Məsələn yanvar ayında pul bazası 6.7 faiz azalıb.  Yəni pul bazası 7.9 milyard manatdan 7.3 milyard manata qədər azalıb. Bu o deməkdir ki, 600 milyon manat dövriyyədən çıxarılıb. Pul bazası və pul kütləsi arasında müəyyən fərq var. Belə ki, hər iki termin banklarda olan nağd puldan gedirsə də, pul bazası banklarda olan nağd pul və əlavə olaraq bankların Mərkəzi Bankda olan ehtiyyatlarıdır. Pul kütləsi isə banklarda  olan nağd pul və əlavə olaraq bankların özlərində olan pul, yəni nağdsız dövriyyədir. Amma bunların hər ikisinin kökündə nağd pul dayanır. Devalvasiya başlayandan onsuz da pul kütləsi qıtlaşmışdı, amma bu ilin yanvar ayından başlayaraq isə əlavə 6.7 faiz pulun dövriyyədən çıxarılması manat qıtlığını daha qabarıq biruzə verir”.

S.Əliyevin qənaətinə görə, qarşıdakı aylarda manat qıtlığının aradan qalxması Mərkəzi Bankın addımlarından asılı olacaq: “Əgər Mərkəzi Bank  bazardan xarici valyuta alacaqsa, onun əvəzində mazara manat kütləsi daxil olacaq. Həm də hazırda ilin əvəli olduğundan büdcə açılımı yoxdur. Budcədən vəsait ancaq əmək haqqı və digər sosial ödənişlərin edilməsi üçün aparılır. Büdcədən investiya yönümlü vəsaitlər ayrılmır. Büdcə açılımı olandan sonra bazara əlavə manat daxil olacaq. Dövriyyəyə əlavə manat buraxıldıqda isə manatın dollar qarşısında ucuzlaşması qaçılmaz dır. Bu mənada Mərkəzi Bank hələ ki, ehtiyyatlı addım atır”.

 

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 11:09

Bakıdakı şadlıq sarayında HADİSƏ: Qonağın əli-qolu qana bulaşdı

27.04.2017, 10:58

Azərbaycan diplomatının arvadı Nyu-Yorkda oğurluqda ittiham edilir

27.04.2017, 10:58

ABŞ İraq və Suriyada hərbçilərinin sayını artıracaq

27.04.2017, 10:47

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

27.04.2017, 10:37

Şəhər və rayondaxili avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək

27.04.2017, 10:37

İsrail aviasiyası Dəməşqi bombaladı

27.04.2017, 10:06

Azərbaycan sülhməramlıları Əfqanıstandan qayıtdılar

27.04.2017, 09:54

Bakı metrosunda PROBLEM: qatar tuneldə qaldı

27.04.2017, 09:52

Nağdsız hesablaşmalar kimlərə tətbiq olunmalıdır? - Ekspert ŞƏRH ETDİ

27.04.2017, 09:49

Ermənilər minaatanlarla mövqelərimizi atəşə tutdu

27.04.2017, 09:46

Naxçıvanda kikboksinq turniri keçiriləcək

27.04.2017, 09:42

Almaniyada 108 nəfər azərbaycanlı həkimə iş verilib - Onlar kimlərdir...

27.04.2017, 09:33

Bakıda şadlıq evində dava - xəsarət alan var

27.04.2017, 09:30

Fərqanə Qasımova atasına görə konsert verəcək

27.04.2017, 09:26

Bu gün Neftçilər Xəstəxanasında pulsuz müayinə olacaq

27.04.2017, 09:20

Bakını gözləyən ekoloji fəlakətdən necə xilas olmalı...

27.04.2017, 09:06

“Əcnəbi tələbələrin fikir platforması”nın qalibləri – UNEC tələbələri

27.04.2017, 09:03

“Boş ay” gəlir, Bakıdakı şadlıq evləri qan ağlayır: “Toy sifarişlərimiz azalıb”

27.04.2017, 08:47

Dolların bugünkü MƏZƏNNƏSİ

27.04.2017, 01:22

Putin Trampla mayda görüşə bilər – Gizli danışıqlar aparılır

27.04.2017, 01:01

Lənkərandakı qəzada ölənlərin kimliyi bilindi, Yenilənib

27.04.2017, 00:44

Ukrayna  Prokurorluğu Azərbaycan şirkətləri barədə...    

27.04.2017, 00:29

Rusiyada 12 terrorçu saxlanıldı

27.04.2017, 00:14

Tailandda qasırğa xəbərdarlığı

26.04.2017, 23:46

İran Pakistan sərhədində silahlı toqquşma: 10 ölü

26.04.2017, 23:31

Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır - VİDEO

26.04.2017, 23:23

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26.04.2017, 23:16

NASA-dan önəmli AÇIQLAMA: “Fundamental kəşfin astasasındayıq”

26.04.2017, 23:10

Dünya çempionatında videotəkrardan istifadə ediləcək

26.04.2017, 22:57

Daha 19 PKK terrorçusu zərərsizləşdirilib

26.04.2017, 22:42

Qoca yaşda yenidən aşiq olan məşhurlar - MARAQLI    

26.04.2017, 22:40

Avropada qızılca epidemiyası - Xəbərdarlıq

26.04.2017, 22:24

Lerikə iki gündür qar yağır

26.04.2017, 22:12

Türkiyədə rusiyalı generalın 140 illik məzarı tapılıb

26.04.2017, 22:06

İŞİD-lə Əl-Qaidə-nin FƏRQİ

ARXİV