Modern.az

Tramp ittiham etdiyi Çinin liderinə məktub göndərdi

Tramp ittiham etdiyi Çinin liderinə məktub göndərdi

Dünya

9 Fevral 2017, 09:15

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinə məktub göndərib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

Məlumatda deyilir ki, Tramp Ağ Evlə rəsmi Pekinin xeyrinə olacaq konstruktiv əlaqələrin qurulmasında Çin lideri ilə birgə işlərin görüləcəyinə ümid edir.

Tramp həmçinin Çin xalqına xoşbəxt İşıqlar bayramı və yeni Xoruz ilində uğurlar arzulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp dəfələrlə Çini zərərli iqtisadi taktikalar istifadə etməkdə təqsirləndirib. Çinin analoji cavabları isə Qərb mətbuatında ABŞ-la Çin arasında “soyuq müharibə”nin başlayacağı proqnozlarına yol açıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI