Aynur Camal qızı Quliyeva 1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirib. 1996–2000-ci illərdə «Azərbaycan Ordusu», «Xalq qəzeti», «Şans», «Ulus», «Millətin səsi», «Yeni Yüzil» qəzetlərinin, 2001–2005-ci illərdə «Yeni Müsavat» qəzetinin müxbiri işləyib. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-İordaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Norveç, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. «Qadın Konsensus Mərkəzi» İctimai Birliyinin sədridir. Rus dilini bilir. Evlidir, bir oğlu var.
Xalam qızının qucağındayam, yanımdakılar qardaşlarımdır. Təxminən bir yaşlarımın şəklidi |
Ailədə iki qardaş, iki bacı olmşuq. Uşaq vaxtı atam bizi Truskavets kurort şəhərinə aparardı. Həmin vaxtlar bir rus qızı ilə şəkil çəkdirmişdim. Təxminən orta məktəbin yarısına qədər onun məndən ağ olmasını özümə bir dərd elədim |
|
Şuşa-Cıdır düzü... Hələ məktəbə getmirdim. Xəzinə qayasına baxanda yaman vahimələnirdim. Səməd Vurğunun “Vaqif”indəki Xuraman özünü məhz bu qayadan atmışdı... |
Tərtər rayonunun Mamırlı kənd orta məktəbi, birinci sinif şəklimdi, arxa sırada sağdan beşinci mənəm |
İbtidai siniflə vida şəklimdi. Orta sırada dörüncü mənəm |
Dördüncü sinifdə sərəf lövhəsi üçün çəkilən şəkildi, orta məktəbdə sona qədər əlaçı oldum |
Bu da məktədə oxuduğum zamanlardan xatirədir, solda bacım, sağda dayım qızıdı |
Orta məktəbdə yaxınlarımla... |
On birinci sinifdəyik. Rayon mərkəzinə getmişdik, müharibənin qızğın çağlarıydı. Ön sırada soldan birinci mənəm. Bəlkə də orta məktəb şəkilləri çox oldu, mənimsə ən çox xatırladığım o illərdir, o vaxt üçün adam elə darıxır ki... |
|
Bu şəkil tələbəlik illərimin xatirəsidi |
Sərdar Cəlaloğlu “Yeni Müsavat”dan küsmüşdü. Həmkarım Şahnaz Mətləbqızı ilə “Çağrılmamış qonaq” rubrikasını aparırdıq. Sərdar bəyin evindəyik, müsahəbə vermək üçün onu dilə tuturuq |
Vaqif Gərayzadədən müsahibə götürürəm. Bu gənclər Natəvan, Röya və Elnarədir, onların məsum vaxtları idi |
|
Çox sevdiyim aktyor Fuad Poladovdan “Yeni Müsavat”a müsahibə alıram |
Rəhmətlik Mirzə Babayevlə müsahibəyə gedəndə evdə şortikdə idi, amma şəkil çəkdirmək məsələsini biləndə rəsmi paltar geyindi |
2001-ci ildə Moskvada Azərbaycan mədəniyyət günləri keçirilirdi. O zaman mədəniyyət naziri işləyən Polad Bülbüloğlu bizi də dəvət etmişdi |
|
Məmməd Nazimoğlu taleyimdə müstəsna rol oynayıb. Onun sayəsində jurnalistikada qaldım. Uğurlarıma görə ona minnətdaram. Məmməd Nazimoğlu itkisi mənim üçün böyük itki oldu |
|
İsa Qəmbərlə görüşdəyik |
|
Sankt-Peterburqdayıq |
|
2003-cü il, Kələki, Elçibəyin ad günü. Ərturqutla şəkil çəkdirdik |
|
Elçibəyin iş otağındayam |
|
Bura da Elçibəyin iş otağıdı |
|
Arif Haciyev həbsdə olanda onun evinə getmişdim |
|
2005-ci il, Stokholm. DAK-ın qurultayı, hələ deputat deyiləm |
|
Orada Həmid Herisçi bizi gəzməyə çıxarmışdı |
|
Seçki öncəsi təbliğat üçün çəkilən bu şəkil mənə uğur gətirdi |
|
Artıq deputatam, “Karvan”da Sabir Rüstəmxanlının tədbirindəyik |
|
2006-cı ilin yekunları ilə bağlı Tərtərdə tədbir |
|
Sevimli həmkarım Cəmil Həsənli ilə |
|
Bu şəkil qeyri-rəsmi tədbirdə çəkilib |
|
Elə tədbirlərdən daha biri |
|
Həyatımın mənası oğlumdur |
|
Nənə-nəvə məhəbbətindən heç yoxdu |
|
Vaqif Səmədoğlunun 70 yaşını qeyd edirik |
|
Kiprin dövlət müstəqilliyi ilə bağlı tədbirə dəvət olunmuşuq. Rauf Denktaşla xatirə şəkli çəkdirdik |
|
Həyat yoldaşımla-ikimizin də dostunun oğlunun toyundayıq |
|
Kiprdə şəhid məzarlığı... |
|
Türkiyənin zəfər bayramı münasibətilə keçirilən tədbirdəyik |
|
Milli Məclisin sədri Oqtay Əsədov 8 Mart günü xanım deputatları təbrik etdi, sonra da bir xatirə şəkli çəkdirdik |
|
Milli Məclisdə maraqlı müzakirə zamanı məndən xəbərsiz çəkilib bu şəkil |