Modern.az

SSRİ yığmasının əfsanəvi qapçısı vəfat etdi

SSRİ yığmasının əfsanəvi qapçısı vəfat etdi

9 Fevral 2017, 10:45

SSRİ yığma komandasının və Kiyevin “Dinamo” klubunun əfsanəvi qapıçısı Viktor Çanov 58 yaşında vəfat edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Çanov 8 il (1982-1990) şərəfini qoruduğu Kiyevin “Dinamo” klubunun heyətində 3 dəfə SSRİ çempionu, 4 dəfə SSRİ Kuboku və Kuboklar Kubokunun qalibi olub.

 

 O, həmçinin, 1988-ci il Avropa çempionatının gümüş mükafatçısı adını da qazanıb.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər