Modern.az

Hansı iqtisadçıya güvənirsiniz? - SORĞU

Hansı iqtisadçıya güvənirsiniz? - SORĞU

9 Fevral 2017, 13:27

Son dövrlər dünyada baş verən iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşməyib. Neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi nəticəsində milli valyutanın devalvasiyaya uğraması, dolların bahalaşması, ərzaq və qeyri-ərzaq mallahrının qiymətlərindəki artımlar, kommunal xidmət haqlarının yüksəlməsi əhalini qayğılandırıb.

Bütün bu yaşananlar fonunda yaxın və uzaq gələcəklə bağlı müxtəlif proqnozlar verilməkdədir.

Azərbaycanda iqtisadi sahədə tanınmış rəsmi və qeyri-rəsmi simaların yaxın və uzaq gələcəklə bağlı proqnozlarında həm nikbinlik, həm də bədninlik notları diqqət çəkir… İqtisadi proseslərin bu qarmaqarışıq dövründə verilən pornoz və şərhlərə yanaşmalar da müxtəlifdir. Hamı eyni iqtisadçıya inanıb, etibar etmir. Çünki tanınmış iqtisadçıların verdikləri proqnozlar bəzən özünü doğrultsa da, bir çox hallarda isə əksi baş verib.

Modern.az saytı oxucularla yeni sorğuya başlayır: Hansı iqtisadçıya güvənirsiniz?

Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı paneldə yerləşdirilmiş cavablara baxıb, səs versinlər...


Cavablarda aşağıdakı adlar qeyd olunub:


Elman Rüstəmov
Şahin Mustafayev
Samir Şərifov
Rüfət Aslanlı
Fazil Məmmədov
Natiq Əmirov
Vahid Əhmədov
Əli Məsimli
Ziyad Səmədzadə
Qubad İbadoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub