21 avqust 2017, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - Dollar ucuzlaşırsa, qiymətlər niyə düşmür...
Dollar ucuzlaşırsa, qiymətlər niyə düşmür...
09.02.2017, 13:46

Artıq bir neçə gündür ki, Mərkəzi Bankın Neft Fondu ilə birgə keçirdiyi hərraclarda mili valyuta möhkəmlənməyə başlayıb. Məsələnin qəribə tərəfi odur ki, məntiqlə dollar ucuzlaşırsa, buna uyğun şəkildə xaricdən idxal edilən “Aİ-95” premium benzini, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində enmə baş verməlidir. Amma bu, müşahidə edilmir. Əgər iqtisadiyyatı idxaldan asılı ölkə olaraq dollar bahalaşanda qiymətləri qaldırırıqsa, dollar ucuzlaşanda da buna adekvat addım atılmalıdır.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında məsələ ilə bağlı çoxsaylı müraciətlər aldığını bildirib:

“Manatın möhkəmlənməsi müşahidə edilsə də, qiymətlərdə elə bir dəyişiklik yoxdur. Çünki manatın möhkəmlənməsi müvəqqəti xarakter daşıyır. Bu möhkəmlənmə üçün baza olmalıdır. Bunun arxasında həmişə neft, idxal-ixrac əməliyyatları, tələb və təklif dayanıb. Digər tərəfdən, bu gün faktiki olaraq manat Mərkəzi Bank, dollar isə Neft Fondu tərəfindən maliyyə bazarına buraxılır. Yəni bu iki qurum istənilən vaxt razılığa gəlib manatı stabilləşdirmək üçün bu cür addımlar atırlar. Hətta hazırda banklarda manat qıtlığı yaranıb. Mən hər zaman demişəm ki, proses manatın həqiqi bazar qiymətini alacağı vaxta qədər davam edəcək. Necə ki, Qazaxıstan və Rusiyada bunu gördük”.

 

"Dərmanlar kəskin bahalaşıb"


V.Əhmədov apteklərdə yaşanan dərman qıtlığı ilə bağlı narahatlığını ifadə edib:


“Dərman pereparatlarının qiymətlərinin tənzimlənməsilə əlaqədar Tarif Şurasının qərarları oldu. Amma bu qərarlardan sonra qiymətlər kəskin  bahalaşdı və dərman qıtlığı yaşanmağa başladı. Əgər tənzimlənən qiymətləri tətbiq ediriksə, bu, hər yerdə eyni olmalıdır. Bunlar, dövlət başçısının verdiyi göstəriş və qərarlardır. Amma bu gün faktiki olaraq dərmanlar çox yüksək qiymətə satılır, hətta bəziləri insanlar üçün əlçatmaz olub”.

 


“Bu yaşıma qədər görmədim ki ...”

Parlament üzvü bildirib ki, ərzaq məhsulları ilə bağlı da vəziyyət eynidir:

“Doğrudur, bəzi məhsullar idxal olunduğu üçün qiymətlərində artım var. Elə mal-məhsul da var ki, yerli istehsaldır, hazırlanmasında xarici komponentlərdən istifadə edilmir, amma onun da qiyməti qaldırılıb. Əgər manat dəyərə minir, dollar ucuzlaşırsa, qiymətlər də ucuzlaşmalıdır. Yox manat ucuzlaşırsa, dollar bahalaşırsa, xaricdən gələn malların da qiymətində artım olmalıdır. Amma bizdə bu baş vermir. Ona görə də qiymət siyasətinə yenidən baxılmalıdır. Ən əsası isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu işlərə ciddi nəzarət etməlidir. Çünki bu komitənin regionlarda da şöbələri var. Kimin nəyi, hansı qiymətə, necə gəldi satması yolverilməzdir.

Siz heç görmüsünüz ki, Azərbaycanda milli valyutanın məzənnəsi möhkəmlənəndə, neftin qiymətləri qalxanda, bizdə hansısa məhsulun qiymətində dəyişiklik olsun? Mən bu yaşıma qədər belə halla rastlaşmamışam. Əksinə, dollar cüzi bahalaşan kimi bütün məhsulların qiyməti avtomatik qalxır. Bizdə ümumiyyətlə qiymət siyasətilə əlaqədar problem çoxdur. Hətta bununla bağlı bir neçə nazirlə də söhbətlərimiz olub. Hazırda Azərbaycanda subyektiv qiymətlər obyektiv qiymətləri üstələyib”.

 

Mərkəzi Bankın məntiqsiz qərarı...

 

İqtisadçı bildirib ki, manatın yumşaq devalvasiyasının qarşısını almaq gərəksizdir:

“Proses davam etdikcə manat öz həqiqi bazar dəyərini alacaqdı. Hazırda cənab Prezident tərəfindən ciddi islahatlara start verilib. Ola bilər ki, manatı qoruyub saxlamaq ona görə sərf edir ki, əvvəlki ilə nisbətən idxalı azaldıblar. Bununla da dolların xaricə çıxmasının qarşısı müəyyən qədər alınıb. Faktiki olaraq manatın məzənnəsi tənzimlənir. “Üzən məzənnə” siyasətinin tətbiq edildiyi deyilsə də, Azərbaycanda “üzən məzənnə” yoxdur. Buna keçid prosesi gedirdi, amma birdən-birə bunun da qarşısı alındı. Bu isə başadüşülən deyil”.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi
21.08.2017, 15:59

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi
21.08.2017, 15:49

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi

Barselona terrorunun 15-ci qurbanı
21.08.2017, 15:45

Barselona terrorunun 15-ci qurbanı

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM
21.08.2017, 15:39

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib
21.08.2017, 15:34

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ
21.08.2017, 15:28

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi
21.08.2017, 15:17

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI
21.08.2017, 15:02

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI

İsmayıllıda sürücü piyadanı vurub öldürdü
21.08.2017, 14:58

İsmayıllıda sürücü piyadanı vurub öldürdü

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək
21.08.2017, 14:37

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 
21.08.2017, 14:20

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu
21.08.2017, 13:49

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB
21.08.2017, 13:49

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı
21.08.2017, 13:45

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb
21.08.2017, 13:42

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var
21.08.2017, 13:32

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var

Qədim dost
21.08.2017, 13:23

Qədim dost

ABŞ ruslara viza verməyəcək
21.08.2017, 13:17

ABŞ ruslara viza verməyəcək

Bərdədə maşın 3 nəfəri vurdu, onlardan biri öldü
21.08.2017, 13:09

Bərdədə maşın 3 nəfəri vurdu, onlardan biri öldü

“Abşeron” Gənclər Şəhərciyində qaz PROBLEMİ
21.08.2017, 13:03

“Abşeron” Gənclər Şəhərciyində qaz PROBLEMİ

Deputat kürdlərlə bağlı yazılanları TƏKZİB etdi – QALMAQAL
21.08.2017, 12:57

Deputat kürdlərlə bağlı yazılanları TƏKZİB etdi – QALMAQAL

I sinfə gedəcək 42 274 uşağın sənədi məktəbə təqdim edilib
21.08.2017, 12:57

I sinfə gedəcək 42 274 uşağın sənədi məktəbə təqdim edilib

Həccə gedəcək azərbaycanlı zəvvarların səfər qrafiki açıqlandı
21.08.2017, 12:45

Həccə gedəcək azərbaycanlı zəvvarların səfər qrafiki açıqlandı

Sabahın havası - meteohəssas insanlar üçün əlverişsiz olacaq
21.08.2017, 12:40

Sabahın havası - meteohəssas insanlar üçün əlverişsiz olacaq

Putin və Trampın nümayəndələri qapalı görüş keçirəcək
21.08.2017, 12:27

Putin və Trampın nümayəndələri qapalı görüş keçirəcək

“Neftçi”nin baş məşqçisi istefa verdi
21.08.2017, 12:20

“Neftçi”nin baş məşqçisi istefa verdi

Tağı Əhmədov Yasamalın icra başçısı olmaq istəyir...
21.08.2017, 12:03

Tağı Əhmədov Yasamalın icra başçısı olmaq istəyir...

Komitə sədri azərbaycanlı iş adamlarının forumunun keçirilməməsinin səbəblərini AÇIQLADI 
21.08.2017, 11:56

Komitə sədri azərbaycanlı iş adamlarının forumunun keçirilməməsinin səbəblərini AÇIQLADI 

Nazim İbrahimov ÜAK-ın ləğvini PİSLƏDİ: “Yumşaq həll etmək olardı”
21.08.2017, 11:49

Nazim İbrahimov ÜAK-ın ləğvini PİSLƏDİ: Yumşaq həll etmək olardı

Azərbaycan və Rusiya arasında aviareyslərin sayı arta bilər
21.08.2017, 11:43

Azərbaycan və Rusiya arasında aviareyslərin sayı arta bilər

UNEC beynəlxalq akkreditasiya qazanıb
21.08.2017, 11:42

UNEC beynəlxalq akkreditasiya qazanıb

Nazpəri Dostəliyevanın evindən seyf oğurlandı
21.08.2017, 11:15

Nazpəri Dostəliyevanın evindən seyf oğurlandı

Cəbrayıl 1993-cü ilin 21 avqustunda: “Əlikram Hümbətov yol kəsirdi”
21.08.2017, 11:00

Cəbrayıl 1993-cü ilin 21 avqustunda: “Əlikram Hümbətov yol kəsirdi”

Heydər Əsədov Şəmkirdə vətəndaşları qəbul edəcək 
21.08.2017, 10:56

Heydər Əsədov Şəmkirdə vətəndaşları qəbul edəcək 

Bolqarıstanın keçmiş rəhbəri: “Gənc liderlər sülhməramlı olmalıdır”
21.08.2017, 10:50

Bolqarıstanın keçmiş rəhbəri: “Gənc liderlər sülhməramlı olmalıdır”

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(48.1%)
SOCAR-dan(5.66%)
Lukoil-dan(19.8%)
Bunların heç birindən - başqasından(26.4%)