Modern.az

“Bu institutlarda arzulanan mühit yoxdur”

“Bu institutlarda arzulanan mühit yoxdur”

9 Fevral 2017, 14:20

“Hələ ki, arzulanan mühit yoxdur.  Amma düşünürəm ki, bu institutlar gələcəkdə fayda verə bilərlər”.

Bunu Modern.az saytına açıqlamasında deputat Fazil Mustafa AMEA-nın humanitar yönümlü institutlarının faydalı iş əmsalından, onların elm və dövlətçiliyə verdikləri töhfələrdən danışarkən qeyd edib.


Dövlətçilik, milli-tarixi kökənlər haqqında araşdırmaların müəllifi olan Fazil Mustafa bu profilli institutların da işlərinin çətin olduğunu bildirib. O, həmçinin, bu kimi institutların hazırki fəaliyyətlərindən daha yüksək səviyyədə iş aparmaq imkanlarının olduğunu da qeyd edib:


“Bu istiqamətdə bir sıra təşəbbüslər var. Amma hazırda onları həyata keçirmək çətindir. Əsas mənbələrin böyük əksəriyyəti araşdırılıb. Yeni mənbələrin araşdırılmasında isə bir sıra problemlər var. O sahənin mütəxəssisi olmadığım üçün konkret nəsə deməkdə çətinlik çəkirəm. Düşünürəm ki, bu işləri daha yüksək səviyyədə aparmaq imkanları var. Gərək, potensiyallarından  doğru istifadə etsinlər”.


Qeyd:
Modern.az AMEA-nın humanitar profilli institutlarının -Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folkor İnstitutu, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyəti, cari ildə gördükləri işlər barəsində silsilə yazılar təqdim edəcək.


E.Nazimoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir