Modern.az

Rusiya Suriyaya ballistik raketlər yerləşdirdi

Rusiya Suriyaya ballistik raketlər yerləşdirdi

9 Fevral 2017, 15:18

Rusiya Suriyaya yeni silahlar yerləşdirib. Modern.az xəbər verir ki, “Fox News” telekanalının məlumatına görə, son 2 gündə Tarsus limanına “Toçka U” zenit-raket kompleksləri üçün nəzərdə tutulan 50 raket gətirilib.

 

NATO-nun təsnifatında "SS-21 Scarab A" adı ilə keçən bu ballistik raketlər 300 kilometrə qədər ərazidə düşmənin texnika və canlı qüvvəsinin məhvi üçün nəzərdə tutulub.

Telekanal yaxınlarda suriyalı müxalifətçilərin mövqelərinə 6 raket zərbəsinin endirildiyini də xatırladıb.

 

Vladimir Putinin 29 dekabrda Suriyada rus qoşunlarının sayının azaldılması barədə göstərişindən sonra Heymim aviabazasına 4 ədəd müasir Su-25 qırıcısı yerləşdirilib.

 

Vüqar İSMAYILOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir