Modern.az

İranda partlayış: 4 ölü, 9 yaralı  

İranda partlayış: 4 ölü, 9 yaralı   

9 Fevral 2017, 22:20

İranın Bəndər Abbas şəhərində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Bəndər Abbas Yanğınsöndürmə İdarəsindən verilən məlumata görə, partlayış İranın Kənd Təsərrüfatı Nazirliyinə məxsus Araşdırma Mərkəzində, yerin 20 metr dərinliyində baş verib.

Hadisə  Bəndər Abbas şəhərinin Kulğan bölgəsində baş verib.  KİV-lərin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

İlkin məlumata görə, partlayışa səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Bildirilir ki, elektrik naqillərindən çıxan qığılcım qazı alışdırıb və nəticədə partlayış baş verib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər