Modern.az

Telman İsmayılovdan 150 milyard rubl tələb edirlər

Telman İsmayılovdan 150 milyard rubl tələb edirlər

9 Fevral 2017, 23:28

Moskvada Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun kreditorları ondan 150 milyard rubl tələb edirlər. Modern.az xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, paytaxtın Arbitraj məhkəməsi artıq bu iş üzrə dinləmələrə başlayıb.

Qeyd edək ki, Çerkizovski bazarı 2009-cu ildə bağlansa da, T.İsmayılov öz kreditorları ilə hələ də hesablaşmayıb. Onlar İsmayılovdan 150 milyard rubl almağa iddia edirlər, ancaq hazırda kreditorların reyestrinə iddia üzrə təxminən 27,8 milyard rubl məbləğ daxil edilib.

O da bildirilir ki, borclunun aktivlərinin dəyəri təxminən 618 milyon rubl təşkil edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir