Modern.az

Ermənistan aprel müharibəsində yaralanan hərbçiyə sahib çıxmır

Ermənistan aprel müharibəsində yaralanan hərbçiyə sahib çıxmır

10 Fevral 2017, 00:12

2016-cı ilin aprel döyüşlərində Tərtərin Talış kəndi istiqamətində gedən döyüşlərdə onurğasından yaralanan erməni hərbçi Ayk Sexliyanı Ermənistan səhiyyəsi hələ də sağalda bilməyib.

Modern.az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, Ayk Sexliyan ümid edir ki, ona ölkədə kömək edə bilmirlərsə, müalicəsini xaricdə davam etdirmək barədə qərar veriləcək.

Lakin Ermənistan  hökuməti bu haqda düşünmək belə istəmir.

“Mənim arzum budur ki, hər şey normal olsun. Əgər mənə burada kömək edə bilmirlərsə, qoy xaricə göndərsinlər”-deyə yaralı erməni hərbçi bildirib.

Qeyd edək ki, Ayk Sexliyan müqavilə əsasında hərbi xidmətdə olub.

Lakin o, 4 aydır ki, müalicə almır. Buna səbəb kimi isə o göstərilir ki,  Müdafiə Nazirliyi ilə bağlanan müqavilənin vaxtı bitib. 

Ermənistan mətbuatı yazır ki, Sexliyan müasir tibbi avadanlıqdan istifadə etməklə sağala bilər. Lakin, Ermənistan klinikalarının heç birində belə avadanlıq yoxdur.

“Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan şəxsən bildirirdi ki, burada mənə kömək etməyəcəklər. Hərbi hospital da mənə sənəd verib və onlar göstərir ki, heç nə ilə mənə kömək edə bilmirlər. Deyirlər ki, onlarda lazımi aparatura yoxdur”-deyə yaralı qeyd edib.  

 

Aqşin KƏRİMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər