Modern.az

Qənirə Ataşova Azərbaycandan getdi

  Qənirə Ataşova Azərbaycandan getdi

Media

10 Fevral 2017, 17:01

Fəaliyyəti dayandırılmış ANS TV-nin tanınmış aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı  tərk edib.

Bu haqda Gununsesi.info-ya Q.Ataşovaya yaxın mənbə məlumat verib.

Belə ki,  verilən məlumatda qeyd edilib ki, Q.Ataşovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün  məhkəməyə və aidiyyatı orqanlara etdiyi müraciət  öz müsbət həllini tapıb. Odur ki, aidiyyatı qurumlar məhkəmənin qərarını gözləmədən  Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv ediblər.  Onun  hazırda xarici ölkələrdən birində olduğu söylənilir.

Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda “Gülən işi”ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış  cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS Tv-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.

Qeyd edək ki, Q.Ataşova bu  qadağanın götürülməsi üçün prezident İlham Əliyevə də müraciət etmişdi.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir