Modern.az

Tələbə qəbuluna görə ödənişin məbləği 15 günə müəyyən ediləcək

Tələbə qəbuluna görə ödənişin məbləği 15 günə müəyyən ediləcək

Təhsil

10 Fevral 2017, 20:16

Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?