Modern.az

Zəlzələ Filippini dağıtdı

Zəlzələ Filippini dağıtdı

10 Fevral 2017, 22:17

Filippində baş verən zəlzələ dağıntı və təlafatla nəticələnib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar Filippinin Mindanao adasında qeydə alınıb.  6,7 bal gücündə zəlzələnin episentri Butuan şəhərindən 96 km, Talisay şəhərindən isə 2 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

İlkin məlumata görə, zəlzələ nəticəsində iki nəfər xəsarət alıb. Yeraltı təkanlar həmçinin onlarla evin dağılmasına səbəb olub. Dağıntılar olduğundan zərərçəkənlərin sayı arta bilər.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər