Modern.az

Nobel mükafatını kim necə xərcləyib? (ARAŞDIRMA)

Nobel mükafatını kim necə xərcləyib? (ARAŞDIRMA)

31 Mart 2011, 13:40

Laureatlar arasında ev və arvadına paltar alanlar da var

Kəşfləri və böyük həcmdə dinamit istehsalı hesabına varlanan Alfred Nobel 1896-cı ildə ölümünə az qalmış vəsiyyətnamə yazır. O, hüquqşünaslara etibar etmədiyindən istəklərini ümumi şəkildə özü yazıb. Vəsiyyətnaməyə görə onun bütün daşınar və daşınmaz əmlakı qiymətli kağıza çevrilib İsveç hökumətinə verilir. Bu səbəbdən İsveç hökuməti ciddi qeyri-hökumət təşkilatı yaratmalı olur və ildə təbabət, ədəbiyyat, sülh qoruyucuları, kimya və fizika sahəsində 5 mükafat təsis edir. Hazırda iqtisadiyyat sahəsində verilən altıncı mükafat; Nobel yox, 1968-ci ildə İsveç bankı təsis edib.

Nobelin vəsiyyətnaməsinə ilk reaksiyalar qəzəbli olub. Onun ətrafında 4 il qızğın mübahisələr gedib: məyus olan qohumları isə orada nə yazıldığını etiraf etmək istəmirdilər. Təkcə varisləri deyil, İsveç və Norveç kralları mükafatın paylanmasının səmərəli olacağına şübhə edirdilər. Krallar üçün daha çox qeyri-adi olan məsələ həmin vaxt Avropanın Birinci Dünya Müharibəsi ərəfəsində olması idi. Amma Nobelin qəyyumları Raqnar Sulman və Reudolf Lillyekvist qəti şəkildə mərhumun istəyinin yerinə yetirilməsinə təkid edirdilər.

Bütün fikir ayrılıqları aradan qaldırılandan sonra, Nobelin vəsiyyaənaməsi ilə bağlı 1900-cu ildə tərkibinə İsveçin tanınmış alim, yazıçı və siyasi xadimlərinin daxil olduğu qeyri-hökumət Nobel fondu yaradıldı. Nobel fondunun nizamnaməsi 1900-cu il iyunun 29-da açıqlandı. İlk mükafat 1901-ci il oktyabrın 21-də Nobelin ad günündə verildi, amma 10 dekabrda-Nobelin növbəti ölüm günündə laureata təqdim edildi. Sonrakı illərdə onlarla alim Nobel mükafatı aldı. Maraqlıdır, mükafatın laueratları onu necə xərcləyiblər? Modern.az bu istiqamətdəki araşdırmanı təqdim edir.

İxtiraçı dünyasını dəyişəndə varidatı 31,6 milyon İsveç kronu qədərində dəyərləndirilmişdi. Bu, həmin vaxt üçün böyük pul idi. Devalvasiyadan qaçmaq üçün İsveç kralı, İsveç hökuməti Kral Elmlər Akademiyası və Mərkəzi Bankı ilə birgə Nobelin aksiyalarını xüsusi yaradılan səhmdar cəmiyyətinə yerləşdirirlər. Nobel mükafatının maddi təkcə inflyasiyadan xilas edilmir, həm də böyük sabitlik əldə edilir. 1953-cü ildə inflyasiya Nobeldən qalan kapitalın 3/2-ni “yeyəndə” fond hökumətdən birjada oynatmaq və öz vəsaitini xaricdəki aksiyalarda yerləşdirməyə razılıq alır. Halbuki Nobel onun vəsaitini yalnız dövlət istiqraz vərəqələri kimi yerləşdirməyə razılaşmışdı. İndiyə qədər mükafatın məbləği hər il artırılır və 1953-cü illə müqayisədə 45 dəfə çoxalıb.

Hər il mükafatın laureatlarına fondun qəlirlərinin onda biri ayrılır. Nobel fondu fəaliyyət göstərdiyi müddətdə yüksəliş və zəifləmə vaxtları olub. Əgər fondun işləri daim yüksəlişlə gedirdisə mükafatın məbləği də artırdı. Aksiyalar aşağı düşəndəsə mükafat məbləği “arıqlayıb”.

Nobel mükafatı laureatlarının bəxti ən çox 1923-cü ildə gətirməyib, o vaxt mükafatın məbləği cəmisi 17 min dollar olub. 2007-ci ildə isə 10 milyon İsveç kronu (1,54 milyon dollar) təşkil edib. Hər bir Nobel laureatı mükafatı necə xərcləməsini sərbəst həll edir.

Xeyriyyəçilik məqsədilə verənlər 

Məsələn, 1990-cı ildə sülh mükafatına layiq görülən SSRİ-nin prezidenti Mixail Qorbaçov aldığı pulu büdcəyə köçürüb. Bütün məbləğ Rusiya, Ukrayna və Belarusda xəstəxanaların tikilməsinə sərf olunub.
Alman həkim, missioner, ilahiyyatçı və musiqişünas Albert Şveytser (1957-ci ildə Nobel sülh mükafatını alıb) Qabondəki xəstəxananın yanında mükafat alana qədər yaratdığı cüzəmli xəstələr üçün xüsusi xəstəxana tikdirib. Onun həmin xəstəxanası bu gün də fəaliyyət göstərir.

Səyahətə xərcləyənlər

1965-ci ildə Nobel mükafatı laureatı yazıçı Mixail Şoloxov pulu dünyanı gəzmək üçün xərcləyib. Yazıçının qızı Svetlananın sözlərinə görə, atası 1941-ci ildə Stalin mükafatını müdafiə fonduna verib, Lenin mükafatını bir vaxt oxuduğu məktəbin bərpasına xərcləyib, Nobel mükafatını isə özünə saxlamışdı:  “O, həmin məbləği bizə sərf etdi. Bu pulla biz Avropanı və Yaponiyanı doyunca gəzdik. Biz maşınla İngiltərə, Fransa və İtaliyanı eninə-uzununa dolaş bilmişdik”.

Biznesə qoymaq

Böyük Kolumbiya yazıçısı Qabriel Qarsia Markes 1982-ci ildə aldığı mükafatı “Revista Cambio” jurnalının nəşrinə sərf edib.

Ev almaq

Məşhur Rusiya yazıçısı və dissidenti Aleksandr Soljenitsın 1973-cü ildə “Arxipelaq Qulaq” romanının birinci hissəsini qurtarıb, sonra həbs olunub və Almaniya Federativ Respublikasına deportasiya olunub. O, buradan ABŞ-a gələrək Nobelin puluna Vermont ştatında malikanə alıb.

Arvadına vermək

Akademik Vitali Ginzburq 2003-cü ildə fizika sahəsində üç Nobel mükafatı laureatından biri olub. O, “Pulu necə xərclədiniz” sualına çiyinlərini çəkərək, belə cavab verib: “Verdim arvadıma. Mənim arvadım ailədə əsas söz sahibidir, pulu xərcləməyi özü də müəyyənləşdirəcək”.

Macar yazıçısı İmre Kerteş də (2002-ci ildə Nobel mükafatı alıb) onun kimi hərəkət edib: “On illərlə mənimlə birgə kasıblıqda yaşayan arvadımın mükafat pulunu necə istəyirdi elə xərcləməyə haqqı vardı. Qoy özünə paltar və bəzək-düzək əşyaları alsın”.

Məşhur olmaq-şöhrət qazanmaq

62 yaşlı fransız şairi Rene Fransua Arman Syulli-Pryudom aldığı 42 min frank mükafatı özünün “Syulli-Pryudom mükafatı”nı təsis edib. Bu mükafat 6 il - o ölənə qədər fəaliyyət göstərib.

Elmə sərf etmək

Bu xoşməramlı nümunəni fizioloq İvan Pavlov (o, 1904-cü ildə ilk dəfə bu mükafatı alan rus olib) göstərib. Pavlov bu pulla Fiziologiya İnstitutu yaradıb və 1936-cı ilə qədər oranın əvəzolunmaz direktoru olub. Mikrobioloq İlya Mesnikov (1908-ci ildə) Nobel mükafatını Parisdəki Paster İnstitutunun inkişafı üçün verib, o burada laboratoriyalardan birinə rəhbərlik edib. Onun nümunəsini 1956-cı ildə mikrobioloq Andre Mişel Lvov da təkrarlayıb. O da həmin institutda işləyirdi.

Onların ənənəsinə 2000-ci ildə fizika üzrə Nobel mükafatı laureatı Jores Alferov da sadiq qalıb.

Göyə sovuranlar

Rus yazıçısı İvan Bunin 1933-cü ildə ədəbiyyat üzrə mükafat alaraq pulla belə davranıb. Buninin sairə dostu və yazıçı Zinaida Soxovskaya öz xatirələrində yazırdı: “Buninlər nə mənzil, nə də villa almadılar. Fransaya qayıdan İvan Alekseyeviç pulunu saymayaraq, xudmani məclis təşkil edir, miqrantlara yardım paylayır, müxtəlif cəmiyyətləri dəstəkləmək üçün vəsait sərf edir. Nəhayət, xeyirxahların məsləhəti ilə o qalan pulunu “uduşlu işə” qoyur və heç nə qalmır”.

Eynilə həmin formada danimarkalı fizik Nuls Bor və italiyalı dramaturq Dario Fo mükafatlarını göyə sovurublar.

Nobel mükafatından tez-tez imtina etmirlər. Bu presedent faşist Almaniyasında baş verib. 1935-ci ildə Nobel sülh mükfatıpublisist və pasifist Karla fonb Osetskiyə verilib. Osetski həmin vaxt əsir düşərgəsindən qayıdıb klinikadaydı, mükafatı ona vermək mümkün olmayıb. 1936-cı ildə isə fürer “xarici” mükafatları almağı qadağan edərək alman milli mükafatı təsis edir, dəyəri isə Nobelinkindən yuxarı olur. Bu səbəbdən 1938-39-cu illərdə Nobel mükafatından kimyaçı Adolf Butenandt, Rixard Kun və bioloq Qerhard Damaqk imtina ediblər. 1958-ci ildə isə Nobel mükafatından Boris Pasternak mərhum edilib. Sovet qəzetlərində böyük kampaniya aparıldığından o imtinaya məcbur olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir