Modern.az

Bİnəli Yıldırım qaçqın problemini BMT-nin baş katibi ilə müzakirə edib

Bİnəli Yıldırım qaçqın problemini BMT-nin baş katibi ilə müzakirə edib

Dünya

11 Fevral 2017, 01:15

Türkiyədə səfərdə olan BMT-nin baş katibi Antoniu Quterreş bu ölkənin dövlət rəsmiləri ilə müzakirələr aparıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırımla keçirilən görüşdə regiondakı vəziyyət müzakirə olunub.

Baş nazir vurğulayıb ki, Türkiyədə təxminən 3 milyon suriyalı və iraqlı qaçqın yaşayır. Türkiyə hazırda heç bir ölkədən dəstək almadan həmin insanlara qayğı göstərir.

BMT baş katibinin Türkiyəyə səfərinin bölgədə yaşanan problemlərin həlli baxımından çox önəmli olduğunu bildirən baş nazir bu beynəlxalq təşkilatın Türkiyənin problemlərinə həssas yanaşacağına ümid etdiyini bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar