27 iyun 2017, Çərşənbə
Ana Səhifə - TƏHSİL - Ali məktəblərə yeni qəbul qaydalarının detalları AÇIQLANDI
Ali məktəblərə yeni qəbul qaydalarının detalları AÇIQLANDI
11.02.2017, 10:54

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nı təsdiq edib.

 

Modern.az saytının məlumatına görə, qaydalara əsasən, bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlхalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları - bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür.

 

Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:

 

I ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

 

II ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;.

 

III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, ədəbiyyat, riyaziyyat, tarix və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

 

IV ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və biologiya;

 

V ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır.

 

İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar.

 

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır. Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

 

Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.06.2017, 22:54

Marketinqin yeni hiyləsi - “Stress çarxları” həqiqətənmi, müalicəvidir?  

27.06.2017, 22:08

Prezident bir gündə 30 toy və 20 sünnətdə iştirak edib

27.06.2017, 21:25

Türkiyə daha 3 şəhid verdi  

27.06.2017, 21:20

Qəzada ölənlərin kimliyi bilindi: biri şirkət rəhbəri, digəri TV əməkdaşı - YENİLƏNİB

27.06.2017, 21:00

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27.06.2017, 20:58

“Tam məxfi” qrifli qovluğun açılması ilə Stalinin kokaindən istifadə etməsi təsdiqlənib... - MARAQLI  

27.06.2017, 20:52

Kim ki yüz il yaşamırsa... - Daxili orqanları cavan saxlayan HƏYAT CÖVHƏRİ

27.06.2017, 20:49

Azərbaycan səfiri etimadnaməsini Braziliya Prezidentinə təqdim edib 

27.06.2017, 20:25

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib

27.06.2017, 20:18

İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb

27.06.2017, 20:00

İcra başçısı ön xəttədki hərbi hissəyə sovqat apardı

27.06.2017, 18:11

Mehriban Əliyeva “Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib”

27.06.2017, 18:03

Birinci vitse-prezident köçkün ailələrinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

27.06.2017, 17:53

TAP-ın rəhbəri dəyişib

27.06.2017, 17:49

Gürcüstan prezidenti Poroşenkodan Saakaşvilinin geri qaytarılmasını istəməyəcək

27.06.2017, 17:35

Goranboy sakinini ilan sancıb

27.06.2017, 17:22

"Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək"

27.06.2017, 17:16

Polşa prezidenti: " Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti yaradılmasını çox istərdik"

27.06.2017, 17:06

Saatlı və Kürdəmirdə yanğın

27.06.2017, 16:50

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olundu

27.06.2017, 16:33

Ermənistan hərbi rəhbərliyinin nitqi niyə tutuldu...  

27.06.2017, 16:13

Azərbaycan və Polşa Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

27.06.2017, 16:05

İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət etdi

27.06.2017, 16:02

Evə basqın edib ana və qızını bıçaqlayan şəxs tutuldu

27.06.2017, 15:10

Azərbaycan-Polşa sənədləri imzalanıb 

27.06.2017, 14:19

Ağcabədi sakini əməliyyat masasında öldü  

27.06.2017, 14:14

Qəndab Quliyeva dəfn olundu

27.06.2017, 14:06

Azərbaycan nefti cüzi bahalaşdı

27.06.2017, 14:00

“İş adamlarına səslənirəm, Xocalı soyqırımını Danimarka parlamentinin müzakirəsinə çıxarmaq istəyirik” – MÜSAHİBƏ

27.06.2017, 13:43

Bakıda 32 eldar şamını kəsdilər - nazirlik polisə müraciət etdi

27.06.2017, 13:41

İlham Əliyev və Andjey Duda bir-birinə hədiyyələr verdilər

27.06.2017, 13:06

Sabahın havası - Bakıda 34 dərəcə isti olacaq

27.06.2017, 13:01

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü oldu

27.06.2017, 12:58

Ötən gün Azərbaycanda baş verən yol qəzalarının statistikası...

27.06.2017, 12:35

İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(14.2%)
- Dənizə gedə bilmirik(17.4%)
- Səhhətimizə mənfi təsir edir(20.6%)
- Əhvalım xoşallanır(12.6%)
- Məhsul qıtlığı yaranır(12.6%)
- Təsərrüfatıma ziyan dəyir(3.17%)
Yağış, dolu ruzi-bıərəkətdir(19.0%)