29 may 2017, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - Prezident icra başçıları ilə bağlı sərt qərarlar verə bilər – Deputatdan AÇIQLAMA
Prezident icra başçıları ilə bağlı sərt qərarlar verə bilər – Deputatdan AÇIQLAMA
11.02.2017, 13:22

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı icra başçılarını, mərmurları sərt tənqid edib. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırıb:

 

“İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.

 

Deputat Zahid Oruc da Modern.az-a açıqlamasında Prezidentin siyasi iradəsinə, göstəriş və tövsiyələrinə qarşı gedənlərin cəzalandırılacağını istisna etməyib.

 

Z.Oruc qeyd edib ki, neftə alternativ iqtisadiyyatın yaradılması yönündə atılacaq addımlar sırasında regionların xüsusi aktivliyinə nail olmaq vacib vəzifədir:

 

“Büdcə hesabına iş görmək böyük hünər deyil!”

 

“Nəzərə alın ki, subsidiyalaşma, büdcədən asılılıq qalmaqda davam edir. Əvvəla, gəlirlər hissəsində Azərbaycan rayonları çox aşağı göstəriciyə malikdir. Əsasən ölkə iqtisadiyyatı ya Xəzər dənizi üzərində, ya paytaxtın ətrafında təmərküzləşib. Bu xeyli proporsionallıq deməkdir. İqtisadiyyat isə şaxələnməni tələb edir. Biz qeyd edirik ki, yalnız 6 rayon büdcədən hansısa yardım, dotasiya almır. Rayonların iqtisadi, maliyyə müstəqilliyinə nail olmadan ölkənin güclü inkişafını təmin etmək çox çətindir. Çünki beynəlxalq bazarda, neft sektorunda, birjalarda, titrəmələr baş verən kimi avtomatik olaraq həmin ölkələrə təsir edir. Aqrar sektoru ayağa qaldırmadan dediyimiz xarici təsirlərə sinə gərmək qeyri-mümkündür.

 

Ona görə də cənab Prezident çox haqlı olaraq söyləmişdi ki, rayon rəhbərlərinin işinə qiymət məhz xarici investisiyanın cəlbi, yeni yaradılan iş yerlərinin sayı, idarəetmənin müasirləşdirilməsi əhalinin çağırışlarına cavab verməklə müəyyənləşəcək. Bu çox düzgün bir yanaşmadır, yaxşı bir parametrlər toplusudur. Yoxsa, hər ilin qəbulunda büdcə sənədi əsasında paytaxtdan göndəriləcək vəsaitləri müxtəlif təşkilatlara yönəltmək heç bir halda böyük idarəetmə hünəri sayılmır”.

 

Deputatın  2017-ci ilin dövlət büdcəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən dotasiya almayacaq şəhər və rayonların sayının 34-ə çatdırılması haqda xatırlatmamıza cavabı belə olub:

 

“O bölgələrdə təhsil, mədəniyyət, səhiyyə sahələrinə maliyyə yardımı ayrılırsa...”

 

“Görünən odur ki, verilmiş izahlara rəğmən bu siyahı ilə bağlı yanlış qənaətlər yaranıb. Bir çoxları hesab edirdi ki, bu, həmin bölgələri maliyyə sistemindən kənara atmaq, həyatın sərt-sosial sınaqları ilə üz-üzə qoymaq deməkdir. Əslində isə belə deyil. Çünki təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin maliyyələşməsi zonalar üzrə əvvəlki qaydada aparılmaqdadır. Ona görə də siyahıda adı olan bölgələr fərqli maddələr və sahələr üzrə büdcədən bir şəkildə yardım alır. Bu onların birdən-birə inkişafa nail olmaqla öz gəlirləri hesabına formalaşması anlamına gəlmir.

Söhbət həmin bölgələrin Abşeron, Bakı və s. kimi səviyyəsində büdcədən asılılığının aradan qalxmasından getmir”.

 

 

“Ölkə başçısı icra başçıları ilə bağlı sərt qərarlar verməli olacaq”

 

Z. Orucun qənaətinə görə, ölkə başçısının qoyduğu kriteriyalar çox önəmlidir:

 

“Sonuncu yanvar müşavirəsində də həmin açıqlama prinsipial olaraq vurğulandı. Bu çox vacib  bir məsələdir. Əgər həqiqətən də hər bir icra başçısı bölgədəki sahibkarlar sistemini ayağa qaldıraraq, onların aktiv işinə meydan tanıyacaqsa, bu vasitə ilə onların beynəlxalq layihələrdən, kreditlərdən bəhrələnmək imkanına kömək edəcəksə, texnikanın, texnologiyanın, menecmentin həmin bölgələrə gətirilməsində yaxından iştirak edəcəksə, hər hansı sahibkarın işinə mane olmayacaqlarsa, bu avtomatik olaraq həmin yerdə iş yerlərinin artmasına müsbət təsir edəcək.

 

Həmin icra hakimiyyətlərinin yükünün azalmasında rol oynayacaq. Vətəndaş bölgədən paytaxta, müxtəlif hökumət və dövlət orqanlarının qapısını döyməyə gəlməyəcək. Əksinə olacaqsa, cənab İlham Əliyev icra başçıları ilə bağlı sərt qərarlar verməli olacaq”.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 18:05

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29.05.2017, 17:21

Suriyada 17 kənd terrorçulardan azad edilib

29.05.2017, 17:00

““Azərbaycanda demokratiya boğulur” tipli fikirlər söyləmək fiksiyadır” – Əli Həsənov

29.05.2017, 16:27

Gənc Azərbaycan pianoçusu Kremldə çıxış edib

29.05.2017, 16:11

Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

29.05.2017, 16:02

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

29.05.2017, 15:48

Elmar Məmmədyarov Kolumbiyaya getdi

29.05.2017, 15:25

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

29.05.2017, 15:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

29.05.2017, 12:22

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

29.05.2017, 12:04

Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir

29.05.2017, 11:47

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

ARXİV