Modern.az

“Reina”da 39 nəfəri qətlə yetirən terrorçu barədə həbs qərarı

“Reina”da 39 nəfəri qətlə yetirən terrorçu barədə həbs qərarı

11 Fevral 2017, 20:14

Yeni il gecəsi İstanbulun “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirmiş terrorçu Əbdülqadir Maşaripov məhkəmə qarşısına çıxarılıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Maşaripov qarşısında həbs qərarı çıxarılıb.

Məlumata görə, Maşaripova qarşı “39 nəfərin qəsdən qətlə yetirilməsi”, “İŞİD terror qruplaşmasına üzvlük”, “qanunsuz silah gəzdirmək” ittihamı irəli sürülüb. Məhkəmədən sonra  Maşaripov İstanbulun “Silivri” həbsxanasına yerləşdiriləcək.O, məhkəmə prosesi başa çatanadək bu həbsxanada qalacaq.

Qeyd edək ki, indiyədək Maşaripov saxlanılan statusunda idi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır