Modern.az

İŞİD 40 dinc sakini edam edib

İŞİD 40 dinc sakini edam edib

11 Fevral 2017, 21:08

İŞİD terror qruplaşması növbəti dəfə qanlı edamı reallaşdırıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, İŞİD  üzvləri Suriyanın Əl-Bab şəhərində 40 dinc sakini edam ediblər. Məlumata görə, dinc sakinlər girov götürüldükdən dərhal sonra qətlə yetiriliblər.  

Qeyd edək ki, Suriya ordusu Əl-Babın qərb və cənub ətraflarına yaxınlaşıb. Türkiyə ordusunun dəstəklədiyi silahlı müxalifət dəstələri isə hazırda şəhərin şimal və şərq ətraflarında döyüşür. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir