Modern.az

İsa Qəmbərə ağır itki

İsa Qəmbərə ağır itki

Allah rəhmət eləsi̇n

11 Fevral 2017, 22:01

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərə ağır itki üz verib. Modern.az saytı xəbər verir ki, İsa Qəmbərin qayınanası Sona Qədimova fevralın 11-də dünyasını dəyişib.

"Azərbaycanın tanınmış göz həkimlərindən biri olan, 60 ildən çox xalqımıza tibbi xidmət göstərən, yüzlərlə insanın gözünün nurunu xilas edən Sona xanım həm də mənim üçün Aida xanımın anası, övladlarımın nənəsi kimi çox əziz və dəyərli idi",-deyə İsa Qəmbər bildirib.

Dəfn mərasimi 12 fevral saat 14 radələrində başlayacaq.
Ünvan: Vaqif prospekti 7 (Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində).

Allah rəhmət eləsin!

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?