Modern.az

İçərisində 365 sərnişin olan təyyarə yandı

İçərisində 365 sərnişin olan təyyarə yandı

11 Fevral 2017, 22:44

“Iraqi Airways” aviaşirkətinə məxsus təyyarədə yanğın olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğın təyyarənin şassisində baş verib. Yanğın isə təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığındakı hava limanına enən zaman başlayıb. İnsident zamanı təyyarədə olan  365 sərnişin dərhal təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbi müəyyənləşdirilir. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi