Modern.az

BMT baş katibi Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edib

BMT baş katibi Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edib

Dünya

11 Fevral 2017, 23:45

Türkiyədə səfərdə olan BMT baş katibi Antoniu Quterriş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə Suriya və İraqdakı vəziyyət, habelə Kipr məsələsi müzakirə edilib. 

BMT baş katibinin Yaxın Şərqə ilk turnesi çərçivəsində baş tutan görüşdə  Antoniu Quterriş  Rusiya ilə birgə Astanada Suriyaya dair konfransın keçirilməsinə görə Türkiyə prezidentinə təşəkkürünü bildirib.

 

Suriyada terror və ekstremizmlə mübarizənin vacibliyini qeyd edən baş katib  xalqın dəstəkləyəcəyi siyasi qərar olmadan bu səylərin uğursuz olacağını vuröulayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?