Modern.az

Beş kişi təcili yardım üçün gələn tibb bacısını zorlamağa cəhd etdi

Beş kişi təcili yardım üçün gələn tibb bacısını zorlamağa cəhd etdi

Dünya

12 Fevral 2017, 15:37

Saratov şəhərinin polisi “təcili yardım”ın tibb bacısına 5 kişinin hücumu ilə bağlı vəziyyəti araşdırır.

 

Modern.az Rusiya mediasına istinadən bildirir ki, fevralın 11-də gündüz bir kişinin hipertoniya böhranı keçirdiyi səbəbindən “təcili yardım”a çağırış daxil olub.

 

“Təcili yardım” briqadası Saratov şəhərinin Frunze rayonundakı çağırış yerinə yollanıb.

Adı açıqlanmayan 27 yaşlı feldşer 5 kişinin olduğu mənzilə qalxıb.

Kişilər qadına hücum çəkərək zorlamağa cəhd ediblər. O, vanna otağın girib qapını bağlamağa və mobil telefonla polis çağırmağa macal tapıb.

Məlumata görə, kişilər qadından soyunmağı tələb edərək mənzili çıxış qapısını mühasirəyə alıblar. Polis onlardan ikisini saxlaya bilib. Faktla bağlı araşdırma davam edir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır