Modern.az

Türkmənistanda prezident seçkiləri yekunlaşdı: Fəallıq 97.27 faiz

Türkmənistanda prezident seçkiləri yekunlaşdı: Fəallıq 97.27 faiz

12 Fevral 2017, 19:58

Türkmənistanda keçirilən prezident seçkilərində səsvermə yekunlaşıb. Modern.az saytı ”RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07.00 başlayıb və saat 19.00-da başa çatıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq. Seçkidə seçicilərin yarıdan çoxunun səsini toplayan namizəd prezident seçiləcək.

Qeyd edək ki, seçkilərdə seçici fəallığı 97.27  faiz olub. Türkmənistnada prezident postu uğrunda hazırki dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla 8 namizəd mübarizə aparır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir