Modern.az

İŞİD lideri ağır yaralanıb

İŞİD lideri ağır yaralanıb

12 Fevral 2017, 21:52

İŞİD lideri Bakir əl-Bağdadi ilə bağlı növbəti dəfə məlumat yayılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Bağdadinin İraqın qərbinə endirilən aviazərbələr nəticəsində ağır yaralandığı bildirilir.

Əl-Hurra kanalı bildirib ki, əl-Bağdadi fevralın 9-da əl-Kaim şəhərinə endirilən aviazərbə vaxtı yaralanıb. Onun ora İŞİD rəhbərliyinin qurultayına gəldiyi bildirilir. Məlumata görə, aviazərbəni İraq Hərbi Hava Qüvvələrləri endirib.

Qeyd edək ki, terror qruplaşması başçısının aradan götürülməsi və yaralanması barədə KİV-də əvvəllər də dəfələrlə xəbərlər yayılsa da, təsdiqini tapmayıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir