Modern.az

Tramp vədinə əməl edir: Yüzlərlə miqrant saxlanıldı

Tramp vədinə əməl edir: Yüzlərlə miqrant saxlanıldı

12 Fevral 2017, 22:45

ABŞ-da miqrantlara qarşı reydlər başlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bir neçə gündür davam edən reydlərdə yüzlərlə miqrant saxlanılıb. Reydlər Atlanta, Çikaqo və Los Anjeles şəhərləri də daxil olmaqla 6 ştatda həyata keçirilib. Reydlər zamanı 160-da çox adam nəzarət altına alınıb. ABŞ-da qanunsuz yaşayan mühacirlərin ictimai təhlükəsizlik üçün saxlanıldığı bildirilir. Amma Donald Tramp bu gün Twitter hesabında "qanunsuz kriminallara qarşı basqıları kampaniya vədlərinə əməl edilməsi" adlandırıb.

 

"The Washington Post"a açıqlama verən ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Gillian Kristensen isə bildirib ki, reydlər müntəzəm şəkildə həyata keçirilən əməliyyatların bir hissəsidir.

Qeyd edək ki, Donald Trampın ötən ay miqrantlarla bağlı imzaladığı sərəncam təxminən 11 milyon mühacirə aid olacağı bildirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır