Modern.az

Əfqanıstana hava zərbələrindən 18 dinc sakin öldü

Əfqanıstana hava zərbələrindən 18 dinc sakin öldü

12 Fevral 2017, 23:19

Əfqanıstanın Gilmənd əyalətində beynəlxalq qüvvələrin endirdiyi hava zərbəsi nəticəsində 18 dinc sakin ölüb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı missiyasından  (MOONSA) məlumat verilib.

Məlumata əsasən, hava zərbəsini yalnışlıqla beynəlxalq qüvvələrə məxsus təyyarələr endirib. İnsidentin fevralın 9-a Gilmənd əyalətinin Sanqin rayonunda baş verdiyi bildirilir. “Aviazərbənin hədəfi hökumətə qarşı qüvvələr olsa da, nəticədə qadınlar və uşaqlar daxil olmaqla, 18 dinc sakin həlak olub”, MOONSA-nın məlumatında deyilir.

Məlumatda həmçinin bildirilir ki, fevralın 11-də Gilmənd əyalətində törədilən terror aktı nəticəsində azı 7 dinc sakin ölüb, bir çoxu isə yaralanıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?