Modern.az

Yunanstanda II dünya müharibəsindən qalan bomba tapılıb

Yunanstanda II dünya müharibəsindən qalan bomba tapılıb

13 Fevral 2017, 00:16

Yunanstanda ikinci dünya müharibəsindən qaldığı ehtimal olunan bomba tapılıb. Modern.az saytı xəbər verir ki, Musavat.com-un  məlumatına görə, Saloniki şəhərində aşkarlanan bomba zərərləşdirilib. Hadisə ilə əlaqədar Salonik şəhərinin Kordelio rayonunun sakinləri evakuasiya olunub. 125 kiloqramlıq bombaya görə, 70 min nəfər öz evlərini tərk etməyə məcbur olub. Paslanmış bombanı yanacaq doldurma məntəqəsini genişləndirən zaman aşkar ediblər. Yunan hərbçiləri təhlükəli tapıntını 1.5 saat ərzində zərərləşdirə biliblər. Şəhər sakinlərinin təhlükəsizliyini 1000 nəfər polis və 300 nəfər könüllü təmin edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır