Modern.az

 Hansı ali məktəblərdə daha çox tələbə köçürmələri var...

 Hansı ali məktəblərdə daha çox tələbə köçürmələri var...

13 Fevral 2017, 12:41

Azərbaycanda tələbə köçürmələri təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”a və nazirin “SABAH” layihəsinin idarə olunması və tədrisin təşkili barədə 15.09.2014-cü il tarixli 992 nömrəli əmrinə əsasən həyata keçirilir.


Bəs ali məktəblərdə köçürmələr çoxdurmu?

Modern.az
məsələ ilə bağlı bir neçə universitetdəki vəziyyəti öyrənməyə çalışıb. 2016-cı il ərzində nə qədər tələbə köçürülüb? Köçürülən tələbələr hansı universitetlərdən gəlib və ya hansı universitetlərə gedib?

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova:

Tələbə köçürmələri Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə aparılır. Başqa ali təhsil müəssisələrindən BDU-ya köçürmələr olsa da, BDU-dan digər ali məktəblərə köçürməylə bağlı müraciət edilməyib”.

 

UNEC-dən verilən məlumata görə, həm daxildən həm də xaricdən tələbə köçürmələri olub:

“2016/17-ci tədris ilində başqa ali məktəblərdən (Xəzər Universiteti, ADA Universiteti, Qafqaz Universiteti, İngiltərənin “Essex” Universiteti, Avstriyanın “Modul” Universiteti, Rusiya Federasiyasının Sankt-Peterburq Sənaye Texnologiyaları və Dizayn Universiteti, Türkiyənin Bülent Ecevit Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Hollandiyanın Groningen Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti) UNEC-ə 13 tələbə köçürülüb. Azərbaycan Texniki Universitetindən UNEC-in Sabah qruplarına 4 tələbə qəbul olunub.
UNEC-dən Sumqayıt Dövlət Universitetinə 1 tələbə, Azərbaycan Texniki Universitetinin Sabah qruplarına isə 4 tələbə köçürülüb. Universitet daxilində ixtisas dəyişən tələbələrin sayı isə 8-dir”.

 

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

“Başqa ali təhsil müəsissələrindən Azərbaycan Texniki Universitetinə (AzTU) gələnlər: Azərbaycan Dövlət Dəniz Akademiyası - 1 nəfər; Sumqayıt Dövlət Universiteti - 1+2 nəfər; Bakı Dövlət Universiteti - 1 nəfər; Azərbaycan Dövlət Pedaqoji Universiteti (Quba filialı) - 1 nəfər; Xəzər Universiteti - 3+1 nəfər; Azərbaycan Kooperasiya Universiteti - 3 nəfər; Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası - 1 nəfər; Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universiteti - 1 nəfər; Azərbaycan Turizm və Menecment Universiteti - 1+2 nəfər;  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi - 5+4 nəfər; Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası - 1 nəfər; SABAH q. - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 6 nəfər; SABAH q. - Azərbaycan Memarlıq və İnşaat Universiteti - 4 nəfər; SABAH q. - Azərbaycan Dövlət İqtisad Universiteti - 4 nəfər; ADA Universiteti - 1 nəfər; Türkiyə Cümhuriyyəti - Südçü İmam Universiteti - 1 nəfər

Azərbaycan Texniki Universitetindən (AzTU) başqa ali təhsil müəsissələrinə gedənlər:

“Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti-1 nəfər; Naxçıvan Dövlət Universiteti-1 nəfər; Sumqayıt Dövlət Universiteti-1 nəfər; Milli Aviasiya Akademiyası-2 nəfər; SABAH q.-Azərbaycan Dövlət Neft və; Sənaye Universiteti-5 nəfər; Azərbaycan Dövlət İqtisad Universiteti-4 tələbə. İxtisas dəyişənlərin nəticələri, aylar üzrə: Sentyabrda - 3 nəfər; Martda - 2 nəfər””.

 

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova:

“ADU-da müxtəlif fakültələrdə bakalavriat üzrə 39, magistratura və əlavə təhsil üzrə isə ümumilikdə 27 ixtisasda tələbə təhsil alır.
2016-2017-ci tədris ilinin I semestrində ADU-da həm onlayn, həm də yazılı ərizə əsasında tələbə köçürmələri aparılıb. Bu tədris ilində Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya Universiteti, Türkiyənin Ankara Universiteti və başqa ali təhsil ocaqlarından köçürülən tələbələr təhsillərini ADU-da davam etdirirlər”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir