Modern.az

Ədəbiyyat caməesindən Ədəbiyyat İnstituna İTTİHAM: “Özləri yazıb, özləri oxuyurlar”

Ədəbiyyat caməesindən Ədəbiyyat İnstituna İTTİHAM: “Özləri yazıb, özləri oxuyurlar”

Ədəbi̇yyat

13 Fevral 2017, 13:53

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu yaradıcı ədəbi xadimlərə-şair, nasir və dramaturqlara yaxın olub, onların yaradıcılığını araşdırdığı  üçün bu qurumun fəaliyyəti digər tədqiqat institutlarından daha çox diqqət mərkəzində olub. Tədqiqat obyektindəki hazırki durum necədir? Ədəbiyyat adamları Ədəbiyyat İnstitutunun fəaliyyətini necə dəyərləndirirlər?

 

Tərcüməçi - yazar Nəriman Əbdürrəhmanlı Modern.az saytına açıqlamasında  institutun son bir neçə ildə daha səmərəli fəaliyyət göstərməyə başladığını desə de, bəzi əlavələrini də qeyd edib:

 

“Ədəbiyyat İnstitutu ilə sıx əlaqələrim yoxdur. Ona görə də epizodik təmasım, bir də mətbuatdan aldığım məlumatlar əsasında fikir yürüdə bilərəm. Məncə, institut son bir neçə ildə daha səmərəli fəaliyyət göstərməyə başlayıb, bunu da İsa Həbibbəylinin təşkilatçılıq qabiliyyətinin nəticəsi saymaq olar. Belə hesab edirəm ki, bu qurumda gəncləşdirmə siyasəti daha sürətlə aparılsa, plagiatçılığın və tərəfbazlığın qabağı daha qətiyyətlə alınsa, fundamental araşdırmağa daha artıq diqqət ayrılsa, uğurlu işlər ortaya çıxa bilər”.

 

Şair Aqşin Yeniseyin fikrincə,  heç kimi orda hansı ədəbi prosesin getdiyi maralandırmır:

 

“O institutun nə iş gördüyündən, ümumiyyətlə, xəbərim yoxdur. Açığı, nəsə bir iş görsəydi medianın diqqətini çəkərdi. Ədəbiyyat aləmində demək olar ki, heç kimi orada hansı ədəbi prosesin getdiyi maralandırmır. Digər institutlarımız kimi adı institutdur, yəqin ki, özfəaliyyət dərnəyi kimi özləri yazıb, özləri oxuyurlar. Faktiki olaraq, çağdaş ədəbi prosesə heç bir təsiri olmayan bir qurumdur”.

 

Yazıçı Alpay Azər  qurumun sonuncu böyük layihəsini “Müasir Azərbaycan antologiyası" kitabını müsbət fakt hesab edir:

 

“Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyəti aktivdir, müzakirələr keçirirlər, nəşrləri çıxır. Sadəcə, düzünü deyim, bu nəşrlərlə hələ tanış olmamışam deyə, keyfiyyət barədə konkret nəsə deməyə çətinlik çəkirəm. İstənilən halda "Müasir Azərbaycan antologiyası" kitabının nəşr olunması müsbət hal sayıla bilər”.

 

E.Nazimoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi