Modern.az

Gürcüstan Ermənistanı blokadadan çıxarır?!

Gürcüstan Ermənistanı blokadadan çıxarır?!

9 Noyabr 2009, 09:40

Rəsmi Tbilisi, Rusiya və Gürcüstan arasındakı yeganə yoxlama-buraxılış məntəqəsi olan Kazbek rayonundakı “Verniy Lars”-ı  açmağa hazır olduğunu və bunun üçün Rusiyadan işarə gözlədiyini bəyan edib. Bunu Gürcüstan Xarici İşlər Nazirliyinin Avropa İşləri Departamentinin rəisi Kaxa Çitaya Tbilsidə keçirilən mətbuat konfransında səsləndirilib. Çitaya mətbuat konfransında Ermənistanın vasitəçiliyi ilə ekspertlər səviyyəsində Rusiya ilə müzakirələrin aparıldığını təsdiqləyib, ancaq Rusiyanın bu qərarı almağa hazır olmadığını da bildirib. Gürcü diplomat Rusiya ilə yoxlama-buraxılış məntəqəsinin açılmasında birinci dərəcədə önəmli olan amil kimi “Ermənistanın ağır vəziyyətdə olmasını” qeyd edib.

Xatırladaq ki, “Verniy Lars” məntəqəsi 2006-ci ilin iyulunda Gürüstan tərəfindən təmir işləri səbəb göstərilərək bağlanıb. Rəsmi Tbilisinin Rusiyanın gürcu mallarına embarqo tətbiq etməsi səbəbiylə verdiyi bu qərar, xüsusilə bu məntəqə vasitəsiylə Rusiya ilə nəqliyyat əlaqəsini təmin edən Ermənistanı çətin vəziyyətə salıb. Məntəqənin açılması məsələsi Gürcüstan prezidenti Mixail Saakaşvilinin 2009-cu ilin iyun ayındakı İrəvan səfərində də gündəmə gəlib. “Verniy Lars”ın açıla biləcəyinə dair müzakirələr xüsusiylə noyabrın əvvəlində aktuallaşıb. Gürcü diplomat Çitayadan əvvəl Gürcüstan parlamentinin sədri David Bakradze noyabrın 3-də verdiyi açıqlamada Prezident Saakaşvilinin “Verxniy Lars”ın açılması məsələsini yaxın perpektivdə Milli Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracağını bildirib.

Ermənsitan tərəfi Gücüstanın bu açıqlamalarını razılıqla qarşılayıb. Ermənsitan Xarici İşlər Nazirliyini mətbuat katibi Tiqran Balayan bu istiqamətdə alınacaq qərarı dəstəklədiklərini açıqlayıb. Beləliklə, Türkiyə ilə Ermənistan arasındakı “normallaşma prosesi” artıq bölgədəki balansı rəsmi İrəvan lehinə pozmağa başlayıb. Bu normallaşma sadəcə Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərər verməklə qalmayıb, Gürcüstanın da bölgəyə yanaşmasına təsir göstərib. Belə ki, Gürcüstan Türkiyə-Ermənsitan yaxınlaşmasının özünün bölgənin tək strateji keçid nöqtəsi olma missiyasına ciddi zərbə vurduğunu düşünməyə başlayıb və Rusiya ilə Ermənsitan arasında keçid rolu oynamaq istəyərək bu mövqeyini yenidən gücləndirməyə çalışır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi