Modern.az

“Qalatasaray”ın baş məşqçisi istefaya göndərildi

“Qalatasaray”ın baş məşqçisi istefaya göndərildi

Dünya

14 Fevral 2017, 00:25

“Qalatasaray” futbol klubu baş məşqçi Yan Olde Rikerinqlə yollarını ayırır. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, artıq baş məşqçi istefaya göndərilib. Bu barədə qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub. Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokunu qazanıb. Hazırda Türkiyə Superliqasında “Qalatasaray” lider “Beşiktaş"dan beş xal geri qalaraq 3-cü yerdə qərarlaşıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür