Modern.az

Maskalılar mağazaya hücum etdi

Maskalılar mağazaya hücum etdi

Dünya

14 Fevral 2017, 00:36

İstanbulda naməlum şəxslər mağazaya “Molotov kokteyli” atıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kağıthane bölgəsində baş verib. Məlumata görə hadisəni törədən 5 nəfər  maskalı şəxs olub. Hadisə zamanı tüstülənmə nəticəsində 1 müştərinin halı pisləşib. Maskalılar bundan sonra yolun kənarında dayanan avtomobilin altına səs qumbarası ataraq ərazini tərk ediblər. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Türkiyə polisi cinayətkarların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür