Modern.az

ABŞ polisi 700 nəfəri saxlayıb

ABŞ polisi 700 nəfəri saxlayıb

Dünya

14 Fevral 2017, 01:20

ABŞ-ın İmmiqrasiya və Gömrük Polisi (ICE) təhlükəsizliyə təhdiddə şübhəli bilinən 700 nəfəri saxlayıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu ABŞ daxili təhlükəsizlik naziri Con Kelli bəyan edib.

C.Kellinin sözlərinə görə, saxlanılanlardan 5 faizi əcnəbilərdir: "Los-Anceles, Çikaqo, Atlanta, San-Antonio və Nyu-Yorkda ICE əməkdaşları tərəfindən ictimai asayişə, sərhədlərin təhlükəsizliyinə və immiqrasiya sistemimizə təhlükə kəsb edən 680-dən çox şəxs həbs edilib. Onlardan 75%-i xarici ölkələrin vətəndaşlarıdır”.

 Onun sözlərinə görə, həbslər bir neçə xüsusi əməliyyat nəticəsində ötən həftə həyata keçirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır