Modern.az

Lənkəran-Astara zonasında 88 sm qar yağıb - Faktiki HAVA ŞƏRAİTİ

Lənkəran-Astara zonasında 88 sm qar yağıb - Faktiki HAVA ŞƏRAİTİ

Aktual

14 Fevral 2017, 10:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi fevralın13-ü gündüzdən 14-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir sulu qar, qar yağıb, Lənkərana-Astara zonasında intensiv olub. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-9, Böyük Qafqazda 2-10, Naxçıvan MR-da 4-6, Lənkəran-Astara zonasında 3-29, Mərkəzi-Aran rayonlarında3-12, Qazax-Gəncə zonasında3-10 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Qumyataqda 4, Bakı, Maştağada 3, Sumqayıt, Ələtdə 2, Binə, Zabratda 1, Lənkəran-Astara zonasında: Rvarudda 88, Lerikdə 70, Yardımlıda 39, Göytəpədə 32, Lənkəran, Kəlvəzdə 25, Biləsuvarda 20, Astarada 14, Kiçik Qafqazda: Daşkəsəndə 15, Göygöldə 11, Gədəbəydə 9, Böyük Qafqazda: Sarıbaşda 49, Altıağacda 18, Qırızda 17, Qubada 15, Şamaxıda 12, Mərəzə, Qusar, Kişçayda 9, Şəki, Qəbələdə 8, Oğuz, Zaqatala, İsmayıllıda 4, Şabran, Şirvanda 3, Balakəndə 1, Qazax-Gəncə zonasında: Şəmkirdə 7, Gəncə Aviada 5,  Gəncə, Tovuzda 4, Naftalan, Ağstafada 3, Naxçıvan MR-da: Ağdərədə 45, Şahbuzda 28, Şərurda 27, Naxçıvanda 26, Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 20, Qazıməmməddə 7, Tərtərdə 6, Beyləqanda 5, Mingəçevir, Salyanda 2, Bərdə, İmişli, Sabirabad, Cəfərxanda 1 sm olub.

 

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər