Modern.az

Komitə sədri Ədliyyə Nazirliyini “vurdu”: “Bəs nazirlik hara baxır?”

Komitə sədri Ədliyyə Nazirliyini “vurdu”: “Bəs nazirlik hara baxır?”

14 Fevral 2017, 13:23

Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında müzakirə başlanıb.

Modern.az saytının verdiyi xəbərə görə, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi illik məruzəyə münasibət bildirib.

Deputat illik məruzə ilə bağlı təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu xatırladıb:

“Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik?”.

Arif Rəhimzadə qeyd edib ki, bələdiyyələrin inkişafını təmin etmək lazımdır və məhkəmə qərarları icra olunmalıdır.


Komitə sədri məruzə ətrafında danışmaq istəmədiyini vurğulayıb: “Amma Vilayət müəllimin çıxışı məni danışmağa məcbur etdi. Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, belə etmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə, onda biz komitəni niyə keçiririk ki? Keçirməyək o zaman”.


A.Rəhimzadə subvensiya və dotasiya məsələsinə toxunub. O qeyd edib ki, dotasiyanı verirlər, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmır:

“Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir. Çox təəssüflər olsun ki, bununla bağlı məruzədə heç nə deyilmədi. 70-yə yaxın kənd bələdiyyəsi nazirliyə layihə təqdim edib, amma qəbul edilməyib. Azərbaycanda Ədliyyə Nazirliyindən başqa bələdiyyələrlə məşğul olan başqa qurum varmı? O zaman nazirlik hara baxır?”.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir