24 sentyabr 2017, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - “Flora Kərimova mükəmməl deyil” - MÜSAHİBƏ
“Flora Kərimova mükəmməl deyil” - MÜSAHİBƏ
14.02.2017, 15:40

Nizami Cəfərov: “Tədricən “əməkdar artist”, “xalq artisti” fəxri adlarının verilməsinə məhdudiyyətlər qoyulmalıdır”

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Modern.az saytının suallarını cavablandırıb.

-Tez-tez şou-biznes aləmində qalmaqallar yaşanırdı. Amma son günlərdə bu qalmaqal muğam ifaçılarını – xanəndələri də əhatə etdi. Canəli Əkbərov digər həmkarlarını təhqir etdi...

-Mən bunu izlədim. Ancaq açığı bir söz demək istəmirəm. Çünki hamısı dostumdur. Bir az da işin içində deyiləm. Ona görə də bu məsələ barədə danışmaq istəmirəm.
 

-Milli Məclisdə də az çıxış edirsiniz. Heç yadıma gəlmir ki, 5-ci çağırış Milli Məclisin iclaslarından çıxışlar edəsiniz.

-5-ci çağırış Milli Məclisin fəaliyyətə başlamasından 1 ildən çox vaxt keçib. Amma siz dediyiniz kimi də deyil. Çıxış etmişəm. Lakin mənə uyğun bir məsələ yoxdur ki, çıxış edim. Elə bir məsələ yoxdur ki, o qaranlıq qalsın və mənim izahıma ehtiyac duyulsun. Təbii ki, söhbət bizim sahə ilə bağlı məqamlardan gedir. Əslində çıxışları daha çox komitə iclaslarında edirik. Çox zaman hiss edirəm ki, Milli Məclisə artıq çıxışlar da olur. Həm vaxt alan, həm də mövzu ilə uyğun olmayan. Bu, Milli Məclisin tarixində həmişə olub. Bir də görürsən, deyək ki, kənd təsərrüfatı ilə bağlı məsələ müzakirə olunursa, kimsə öz şəxsi problemini qaldırır. Kimin kəndində nə problem var, deyir. Yəni, bu da düzgün deyil. Gərək predmet üzrə fikir səsləndirilə. Mən hələlik çıxış etməyə zərurət hiss etmirəm.

-Özünüz yeni bir qanun layihəsi üzərində işləyirsinizmi?

-Xeyr. Hələlik, bizim komitədə yeni qanun layihəsi üzərində iş getmir.

-Zaman-zaman bəzi sənət adamlarından, yazıçı və ya şairlərdən fəxri adların geri alınması üçün fikirlər səsləndirilir. Bununla bağlı Milli Məclisdə məsələ qaldırmağa ehtiyac varmı?

-Hesab edirəm ki, yavaş-yavaş ənənə yaranıb. Bir vaxtlar çox tez-tez kimlərsə “xalq şairi”, “xalq yazıçısı” adı alırdılar. Artıq bu proses tədricən azalıb. Tədricən “əməkdar artist”, “xalq artisti” fəxri adlarının verilməsində də məhdudiyyətlər qoyulmalıdır. Daha çox orden, medal, mükafat təltifləri özünü doğruldur.

 

-Elə bir şəxs adı çəkə bilərsinizmi ki, “xalq şairi”, “xalq artisti” ya da “xalq yazıçısı” adına layiq olmasın?

-Belə halları siz də görürsünüz, mən də.

-Mən sizin dilinizdən eşitmək istəyirəm.

-Kiməsə “əməkdar artist”, “xalq artisti” adları subyektiv verilmir. Yəni, bir “xalq artisti” ya da “əməkdar artist” adı verilirsə, bu, onun sənətinə görədir. Amma sənət hər şey demək deyil. Lakin görürsən elə münaqişələr ortaya çıxır ki, bunlar şəxsi müstəvidə olur. Eləsi var ki, başına oyun açırlar, eləsi də var ki, camaatın başına oyun açır. Buna görə də münaqişələr başlayır.

Sonra da dərhal cəmiyyətdə məsələ qaldırırlar ki, kimdənsə fəxri ad geri alınsın.  Dünyada insana nə cəza versən, hətta güllələnmək cəzası da versən, bu daha məqbuldur. Nəinki adama verilən adı əlindən almaq.

-Bu yaxınlarda Flora Kərimova yenə Zeynəb Xanlarovanı tənqid etdi. Zeynəb Xanlarova bu ittihamlara cavab vermir. Buna nə ehtiyac var axı?

-Zeynəb Xanlarova bizim mədəniyyətimizdə, ictimai həyatımızda xüsusi bir hadisədir. O, şəxsiyyətdir. O, tək müasirlik deyil, həm də böyük bir tarixdir. Onda xarakter, şəxsiyyət formalaşıb və bina görə də mükəmməldir. Zeynəb xanımın əleyhinə kimsə nəsə bir söz deyirsə, demək ki, naqislik ondadır. Zeynəb xanım kimi sənətkarlar  artıq abidəyə çevrilib. Ümumiyyətlə elə şəxslər var ki, onlar haqqında ya müsbət danışmaq lazımdır, ya da heç danışmamaq. Məsələn, Hüseyn Cavid, Səməd Vurğun, Niyazi, Anar, Elçin və sair. Bunlar artıq bir etalondurlar.

-Flora Kərimova bəs niyə belə danışır? Ona heçmi haqq vermək olmaz?

-Xeyr, haqq vermək olmaz. Flora Kərimova belə hərəkət edirsə, demək ki, Flora xanım hələ mükəmməl deyil. Yəni, Zeynəb xanım haqqında elə söz demək olmaz. Gərək deməsin. Flora xanım da hər halda müdrik adamdır, böyük sənətkardır. Ancaq Zeynəb xanım haqqında söz demək onlara heç bir xeyir verməyəcək. Əksinə, bu sözü deyənin özü barəsində mənfi təsəvvürlər yaranacaq.

 

Aqşin KƏRİMOV


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”
24.09.2017, 14:00

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR
24.09.2017, 13:56

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR

Prezident Salyanda səfərdədir
24.09.2017, 13:28

Prezident Salyanda səfərdədir

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA
24.09.2017, 13:09

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir
24.09.2017, 12:57

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir
24.09.2017, 12:40

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”
24.09.2017, 12:33

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub
24.09.2017, 12:24

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub

Prezident Neftçalada açılışlar etdi
24.09.2017, 12:13

Prezident Neftçalada açılışlar etdi

Sabah yağış yağacaq
24.09.2017, 12:10

Sabah yağış yağacaq

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb
24.09.2017, 11:40

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb

Həmsədrlər regiona səfər edəcək
24.09.2017, 10:55

Həmsədrlər regiona səfər edəcək

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB
24.09.2017, 10:44

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”
24.09.2017, 10:37

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”

Almaniyada parlament seçkiləri keçirilir
24.09.2017, 10:23

Almaniyada parlament seçkiləri keçirilir

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə
24.09.2017, 10:10

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI
24.09.2017, 09:47

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI

Ermənistan atəşkəsi 126 dəfə pozdu
24.09.2017, 09:40

Ermənistan atəşkəsi 126 dəfə pozdu

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib
24.09.2017, 09:38

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı
24.09.2017, 00:47

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…   
24.09.2017, 00:30

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…  

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib
24.09.2017, 00:22

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO
24.09.2017, 00:13

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO

Masallı sakini öz evini yandırdı
23.09.2017, 23:47

Masallı sakini öz evini yandırdı

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...
23.09.2017, 23:30

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü
23.09.2017, 23:12

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü

695 bal toplayan abituriyent niyə bu ixtisası seçdi - VİDEO
23.09.2017, 22:43

695 bal toplayan abituriyent niyə bu ixtisası seçdi - VİDEO

ABŞ bombardmançıları Şimali Koreya yaxınlığında
23.09.2017, 22:28

ABŞ bombardmançıları Şimali Koreya yaxınlığında

Kiş də məndən gileylidi, gileyli
23.09.2017, 22:11

Kiş də məndən gileylidi, gileyli

Əsəbləriniz gərgindirsə, ən adi hadisələrə  qıcıqlanırsınızsa, BU ÇAY SİZİN ÜÇÜNDÜR
23.09.2017, 21:57

Əsəbləriniz gərgindirsə, ən adi hadisələrə  qıcıqlanırsınızsa, BU ÇAY SİZİN ÜÇÜNDÜR

Qubada qətl törədilib
23.09.2017, 21:43

Qubada qətl törədilib

Brejnevin “enerji” dərmanlarını futbolçulara göndərən “KQB” şefi – ANDROPOVUN ÇAZOVDAN GİZLİ XAHİŞİ
23.09.2017, 21:17

Brejnevin “enerji” dərmanlarını futbolçulara göndərən “KQB” şefi – ANDROPOVUN ÇAZOVDAN GİZLİ XAHİŞİ

ABŞ-da iki polis zabiti güllələnib
23.09.2017, 20:59

ABŞ-da iki polis zabiti güllələnib

Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşib - Foto
23.09.2017, 20:37

Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşib - Foto

“Həbsxanada hazırlanıb” adlı brend yarana bilər
23.09.2017, 20:18

“Həbsxanada hazırlanıb” adlı brend yarana bilər

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.5%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.90%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(11.1%)
- Məhərrəmlık əsl İslama ziddir(34.4%)