Modern.az

Şimali Koreya liderinin qardaşı öldürüldü

Şimali Koreya liderinin qardaşı öldürüldü

14 Fevral 2017, 15:59

Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Malaziyanın paytaxtı Kuala-Lumpurda öldürülüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin ehtimala görə, Kim Çen Nam Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kuala-Lumpur aeroportunda zəhərlənərək öldürülüb. 

46 yaşlı Kim Çen Nam ailənin böyük uşağı olsa da, intizamsızlığına görə atası tərəfindən varislikdən çıxarılmışdı. Uzun illər Çində yaşayan Nam öz ögey qardaşı Kim Çen Ina qarşı müxalif mövqeyi ilə seçilirdi.

 

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?