30 mart 2017, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Köçkünlərlə bağlı mühüm fərman - Qazı olmayanların kommunal xərcini dövlət ödəyəcək
Köçkünlərlə bağlı mühüm fərman - Qazı olmayanların kommunal xərcini dövlət ödəyəcək
14.02.2017, 17:22

Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Modern.az xəbər verir ki, fərmana əsasən, yataqxana və pansionatlarda, eləcə də qazla təmin olunmayan digər yerlərdə məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək. Həmin məburi köçkünlərə 20 manat məbləğində aylıq müavinət veriləcək.

Fərmanın 1-ci hissəsində “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” sözlərindən sonra “(fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla)” sözləri əlavə edilir.

Aşağıdakı məzmunda 1-1-ci, 1-2-ci və 1-3-cü hissələr əlavə edilir:

“1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

1-2. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin.

1-3. Bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20,0 (iyirmi) manat məbləğində müəyyən edilsin”.

Nazirlər Kabinetinə tapşırılır:

2.1. fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limiti üç gün müddətində müəyyən etsin;

2.2. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulan yerlərin qazlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi:

3.1. fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etsin;

3.2. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.03.2017, 01:14

Qarabağ meydanın Moskvaya aid hissəsindədir

30.03.2017, 01:06

Qarabağ qazisi: "Rəsul Quliyev "Meydan Tv”yə oxşayır"

30.03.2017, 00:52

“Elektron ipoteka” sistemində yenilik

30.03.2017, 00:34

İraqda partlayış: 13 ölü

30.03.2017, 00:19

Nikah şəhadətnaməsi ilə də maşın sürmək olar

30.03.2017, 00:02

Banka borcu olan Şəki sakini intihar etdi

29.03.2017, 23:49

ABŞ-da terror törədilə bilər  - İDDİA

29.03.2017, 23:34

Rusiyanın qadağası Bakıda ucuzluq yaratdı - VİDEO

29.03.2017, 23:21

Türkiyədə booking.com-un fəaliyyəti dayandırılır

29.03.2017, 23:07

Bu reyslərdə planşet və noutbuklara icazə verilir

29.03.2017, 22:53

Dünyanın ən təhlükəli dini sektaları

29.03.2017, 22:35

“O insanın başının kəsilməyini istəyirəm” – Övladı öldürülən ana, VİDEO

29.03.2017, 22:20

“Fərat qalxanı” əməliyyatı başa çatıb

29.03.2017, 22:06

ABŞ Rusiya, İran və Suriyanı hərbi cinayətlərdə ittiham edib

29.03.2017, 21:51

Ermənistan Azərbaycana qarşı yeni silahlar almaq istəyir

29.03.2017, 21:49

Taksi sürücülərinə xəbərdarlıq: İngilis və rus dilini öyrənin

29.03.2017, 21:36

Türkiyədə yenidən zəlzələ olub

29.03.2017, 21:23

Sabiq nazir 6 il həbs cəzası aldı

29.03.2017, 21:10

Şəmkirdə partlayış: xəsarət alanlar var

29.03.2017, 20:56

İŞİD-in daha bir lideri zərərsizləşdirilib

29.03.2017, 20:39

Şamaxıda torpaq şürüşməsi aktivləşib

29.03.2017, 20:28

Əli İnsanov aprelin 7-də məhkəmə qarşısına çıxarılacaq

29.03.2017, 20:14

Azərbaycandan Qətərə işçi göndərilir - VİDEO

29.03.2017, 20:01

DTX-nin istintaq təcridxanasına başçəkmə həyata keçirilib

29.03.2017, 18:55

Bakı Şopinq Festivalına İtaliyadan xüsusi qonaq gələcək

29.03.2017, 18:50

Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edilib

29.03.2017, 18:33

Həmsədrlər yeni Qarabağ bəyanatı YAYDI

29.03.2017, 18:24

Azərbaycan 10 təyyarə alır

29.03.2017, 18:11

Oqtay Əsədov ATƏT PA sədri ilə görüşüb: “Danışıqlar sonsuza qədər davam edə bilməz”

29.03.2017, 18:07

Tillersonun Türkiyə səfəri – Ankara Vaşinqtonla dil tapa biləcəkmi?

29.03.2017, 17:37

İran təkzib etdi: "Azərbaycanla əlaqələrimizi korlamaq istəyənlər var”

29.03.2017, 17:34

Azərbaycanda bəstəkar qıtlığı var - Bəstəkarlar İttifaqından açıqlama

29.03.2017, 17:23

Dollar BAHALAŞDI

29.03.2017, 17:21

QMİ erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə müraciət etdi

29.03.2017, 17:20

Əbülfəs Qarayevdən idarə müdirlərinə TAPŞIRIQ

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(3.48%)
Azərbaycan Dövlət İqtisad Universiteti(5.57%)
Bakı Dövlət Universiteti(17.4%)
Bakı Ali Neft Məktəbi(1.04%)
Azərbaycan Dillər Universiteti(49.8%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(2.43%)
Azərbaycan Texniki Universiteti(2.43%)
Azərbaycan Tibb Universiteti(2.43%)
Bakı Slavyan Universiteti(2.09%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(13.2%)