Modern.az

“Biz də İrəvanda ikinci Azərbaycan dövləti yaratmalıyıq”

“Biz də İrəvanda ikinci Azərbaycan dövləti yaratmalıyıq”

Aktual

14 Fevral 2017, 17:43

“ATƏT Minsk Qrupu yaradılanda , bu quruma Ermənistan-Azbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir il vaxt verilmişdi. Ancaq 25 il keçməsinə baxmayaraq, bu problem həllini tapmayıb”.


Modern.az
saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli “Hərbi vəziyyət haqqında” qanun layihəsi ilə bağlı çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan BMT-yə üzv olan zaman Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb.


“Azərbaycan torpaqlarının işğalı ilə bağlı müvafiq qərarları qəbul edilib. Digər məqam isə ondan ibarətdir ki, BMT-nin təcavüzkarları tanımaqla bağlı müvafiq qanunları var. Buna görə də BMT Ermənistana sanksiyalar tətbiq etməlidir”- deyə T.Kərimli vurğulayıb.

O qeyd edib ki, Dağlıq Qarabağda hərbi vəziyyət elan edilərək separatçılara qarşı əməliyyatlara başlanmalıdır:

“Azərbaycan separatçıları işğal altında olan torpaqlardan çıxarmalı və ya buna məcbur etməlidir. Bu da mümkün deyilsə, separatçılar məhv edilməlidir Artıq ATƏT-in Minsk Qrupu bu problemi həll etməyəcək. Həmsədr ölkələr Ermənistanın təcavüzkar cinayətinə şərikdirlər. Onların əsas məqsədi Azərbaycan torpaqlarını əbədi işğal altında saxlamaqdır”.

T.Kərimli onu da əlavə edib ki, əgər ermənilər Azərbaycan torpaqlarında ikinci dövlət qurmaq istəyirlərsə, biz də İrəvanda ikinci Azərbaycan dövləti yaratmalıyıq:

“Bütün təzyiqlərə baxmayaraq biz bunu etməliyik. Biz nəinki İrəvanda, eyni zamanda digər tarixi torpaqlarımızda öz dövlətimizi yaratmaq barədə düşünməliyik. Kimsədən qorxmaq lazım deyil. Ən azından bilməlidirlər ki, biz bu torpaqları yaddan çıxarmamışıq”.



Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı