24 sentyabr 2017, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Sumqayıtlı Vaqif Əhmədovun 28 il əvvəl Ermənistandakı ŞÜCAƏTİ
Sumqayıtlı Vaqif Əhmədovun 28 il əvvəl Ermənistandakı ŞÜCAƏTİ
14.02.2017, 18:01

Bu gün - fevralın 14-də Azərbaycanın cəsur, vətənpərvər oğlu, Sumqayıt Kompressorlar zavodunun Ermənistanda əsl şücaət, qorxmazlıq nümunəsi göstərmiş işçisi, keçmiş zabit Vaqif Əhmədovun 65 yaşl tamam olur.


O vaxt 37 yaşında olan Vaqif 1989-cu ilin dekabrında Bakıdan Leninakana köməyə göndərilən, lakin erməni faşistləri tərəfindən səmada ikən vurulmuş “İL-76” təyyarəsinin parçalanıb-yandığı dağa özünü yetirərək, orada yeganə sağ qalmış, lakin çox ağır yaralanmış eloğlumuz Fəxrəddin Balayevin əvvəlcə hospitala, daha sonra isə ermənilərin əlinə keçməməsi məqsədilə gizlin şəkildə Moskvaya çatdırılması üçün əlindən gələni etmiş, əsl şücaət, igidlik nümunəsi göstərmişdi.


Ancaq təəssüf ki, Vaqif Əhmədovun - hazırda II qrup əlil olan bu qorxmaz, cəsur azərbaycanlının  28 il əvvəl göstərdiyi hünər, əsl vətənpərvərlik nümunəsi o zaman nə Sovet dövləti, nə də Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirilməmişdi.  Ancaq, yəqin ki, indi də gec deyil...


Vaqif Əhmədovun igidliyi barədə bir vaxt yazdığım məqaləni bu gün Modern.az oxucularının diqqətinə təqdim edirəm.

 

1988-ci il, dekabrın 9-u. Sumqayıt Kompressorlar zavodunda mühəndis-mexanik vəzifəsində çalışan Vaqif Əhmədov səhər iş yerinə çatar-çatmaz bir neçə iş yoldaşı ilə birgə  Nasoslu qəsəbəsindəki hərbi aerodroma aparılır. Hara və nə üçün təcili səfərbər olunmaları barədə onlara heç nə deyilmir, hətta ailələrinə belə məlumat verilməsinə imkan yaradılmır. Yalnız “İL-76” təyyarəsi ”ayağını” yerdən üzdükdən sonra məlum olur ki, onlar dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələ zonasına uçurlar. Sən demə, bu barədə Əbdürrəhman Vəzirov “qardaşlıq, dostluq nümunəsi” nümayiş etdirərək, xüsusi tapşırıq vermişdi.

 
Dekabrın 10-da səhər saat 11-də onlar artıq Leninakanda idilər. Amma sən demə, Azərbaycandan gələn xilasediciləri orada nəinki heç kim gözləmirdi, heç görmək də istəmirdi.  80 nəfərə yaxın adamın olduğu dəstəyə komandanlıq edən Vaqif Əhmədovun qarşısında nəinki dəstənin yaşayış-məişət problemlərini yoluna qoymaq, xilasetmə işləri ilə yanaşı hər bir kəsin  tam təhlükəsizliyini təmin etmək kimi mühüm bir məsuliyyət də dururdu.  İş o yerə çatmışdı ki, axşamlar qaranlıq çökəndən sonra ermənilər Azərbaycandan onlara köməyə gələnlərə xətər yetirməyə, öldürməyə cəhd edirdilər.  Yalnız Vaqifin və dəstə üzvlərinin sayıqlığı sayəsində daşnaklar  bəd əməllərini həyata keçirə bilmirdilər.


Qeyd:
1952-ci ildə Şəkidə anadan olmuş Vaqif Əhmədov 1968-ci ildə orta məktəbi  bitirib, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) neft və qaz mədənlərinin maşın və avadanlıqları fakültəsində ali təhsil almışdı. 1977-ci ildən etibarən öz istəyi ilə Qazaxıstanın Manqışlak neft mədənlərində 8 il böyük mexanik, sahə rəisi vəzifələrində çalışaraq, 1985-ci ildə vətənə dönmüşdü. Əvvəlcə Bakının maşınqayırma zavodlarından birində, sonra isə Sumqayıt Kompressorlar zavodunda mühəndis-mexanik vəzifəsində işləmişdi.

 
…Dekabrın 11-də Vaqif Əhmədovun komandasına Azərbaycandan gələn daha bir dəstə qoşulmalı idi. Ancaq 70 nəfərdən artıq ehtiyatda olan zabitlərlə Leninakana uçan “İL-76” təyyarəsini səmada ikən erməni daşnakları raketlə vurub partlatmışdılar.  Ağır yaralanaraq, möcüzə nəticəsində sağ qalmış Fəxrəddin Balayevdən başqa ekipaj da daxil olmaqla 78 nəfər həmvətənimiz alova qərq olmuş təyyarənin yanan qalıqları içərisində məhv olub, külə dönmüşdülər.

 
Təsadüf elə gətirmişdi ki, həmin axşam Vaqif Əhmədov təyyarənin yanaraq qayalığa çırpıldığı yerdən 600-700 metr aralıda idi. Hər şey bir an içərisində baş verdiyindən heç nə anlaya bilməyərək, çaşqınlıq içində təyyarənin qalıqlarının partlayışlarla alovlandığı səmtə qaçmağa başlayır. Hələ təyyarənin hardan gəldiyini bilməsə də, kiminsə sağ qala biləcəyini, onun köməyinə ehtiyac olacağını düşünərək, ehtiyatla qəza yerinə yaxınlaşarkən birdən kiminsə zarıyaraq azərbaycanca “öldüm, ay ana” deməsi ilə Vaqif hərbi təyyarənin Azərbaycandan gəldiyini başa düşür. Cəld səs gələn tərəfə dönür və bir nəfərin partlayış dalğası ilə iri bir daşın yanına atılıb qaldığını, çırpındığını görür. Vaqif qan içində olan eloğlunu – Fəxrəddin Balayevi təzəcə bir qədər təhlükəsiz yerə çəkmişdi ki, qəfildən bir-birinin ardınca bir-neçə güclü partlayış baş verir. Vaqif onun ardınca hadisə yerinə qaçıb gəlmiş yoldaşlarıyla birgə köməkləşərək, ağır vəziyyətdə olan Fəxrəddini əvvəlcə tibb-sanitar hissəsinə çatdırır, səhərisi gün isə daha ciddi müalicə üçün Yerevanda yerləşən hərbi qospitala göndərir. Orada SSRİ-nin müxtəlif yerlərindən gələn, zəlzələdən zərər çəkənlərin müalicəsi ilə məşğul olan təcrübəli tibb işçiləri Fəxrədddin Balayevin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.


Amma Vaqifin aglına da gəlməzdi ki, səhəri günü onun özünü də müalicə üçün həmin qospitala yola salacaqlar.

  
…Dekabrın 12-də dağıntılar altında sağ qalanların olacağına ümidlər artıq xeyli azalmışdı. Bir tərəfdən də ermənilərin bizimkilərə qarşı açıq-aşkar nifrəti, kinli baxışları dəstənin axtarış həvəsini tamamilə zəiflətmişdi.

  
Həmin gün Vaqif dağıntılar zamanı iki beton plitə arasında sıxılıb qalmış 3-4 yaşında bir rus uşağının cəsədi ilə qəfil üzləşdikdə az qala yer ayaqları altından qaçacaq, huşunu itirəcəkdi. Bir-neçə saat sonra isə dağıntılar arasından güclə eşidilən səs gəldikdə dəstə üzvləri plitələri aralamış və zirzəmidə qorxudan, aclıqdan və havasızlıqdan sifətləri saralıb-solmuş 5 və 7 yaşlarında erməni uşaqlarını və onların gənc anasını aşkar edərək, ordan çıxara bilmişdilər.  Vaqif onları xilas edib, rahatca nəfəs almaq istəyirdi ki, birdən başına küt alətlə ağır bir zərbə endirildi. Yalnız bir-neçə saat sonra gözünü açdıqda özünü həkimlərin, tibb personalının əhatəsində gördü. Çox keçmədən onu da  Yerevan qospitalına göndərdilər.

 
Vaqif bir qədər özünə gələn kimi ilk olaraq Fəxrəddinin vəziyyəti ilə maraqlanmışdı. Rus  həkimlər onun salamat olduğunu deyərək, eyni zamanda ermənilərin Fəxrəddinin qospitalda olduğunu bilərək onu axtardıqlarını, öldürməyə cəhd etdiklərini də gizlətməmişdilər.  Əlbəttə, aydın bir səbəbə görə – təyyarənin vurulması ilə bağlı izi, sonuncu şahidi aradan götürmək üçün. Bunu bilən Vaqif Fəxrəddini xilas etmək üçün qospital rəhbərliyindən onu qadın palatalarından birinə köçürməyi xahiş edir. Onun yaxşı düşünülmüş bu təklifi Fəxrəddini xilas edə bilir. Sonradan ermənilər kişi palatalarını ələk-vələk eləyib Fəxrəddini axtarsalar da, qadın palatalarını yoxlamaq nədənsə ağıllarına gəlməmişdi. Bir-neçə gün sonra isə yenə də Vaqifin təklifi ilə müalicəsinin davam etdirmək üçün Fəxrəddin Moskvaya yola salınır. 4-5 aylıq intensiv müalicədən sonra ona əlillik dərəcəsi verilərək, Bakıya, ailəsinin yanına göndərilir.

 
Qəribədir ki, Vaqifgilin Leninakandakı dağıntılar arasından erməni ailəsinin sağ-salamat və rus balasının cəsədinin çıxarılması barədə elə həmin gün Moskvanın Mərkəzi televiziyası və radiosu xəbərlər yaymış, keçmiş SSRİ-nin nüfuzlu nəşrləri bu barədə geniş yazılar vermişdilər, ancaq heç bir konkret ad-familiya çəkilməmiş, xilasedicilərin kimlər olduğu barədə Sovet və dünya ictimaiyyətinə heç bir məlumat çatdırılmamışdı.  Sadəcə, bunun hərbi qulluqçular tərəfindən edildiyi göstərilmişdi.  Necə ki, “İL-76” təyyarəsində erməni faşistləri tərəfindən məhv edilən həmvətənlərimiz üçün hökumət adından verilən rəsmi başsağlığında da onların azərbaycanlı olduqları gizlədilmiş,  onların sadəcə “sovet hərbçiləri” olduqları bildirilmişdi. Bu yalnız onun üçün edilmişdi ki, azğın, vəhşi  əməllərinə görə Sovet adamında ermənilərə qarşı nifrət hissi oyanmasın, onların yırtıcı maskası yırtılıb açılmasın.

 
“İL-76”-nin guya dumanlı hava şəraitində qəzaya uğradığını sübut etməyə çalışan Moskva “qara yeşiyin” ciddi və diqqətlə araşdırılacağını dəfələrlə bildirsə də, bu işi nəinki başa çatdırmamış, heç başlamamışdı da. Halbuki bu tip hərbi təyyarələr hər cür hava və aerodinamik şəraitdə uçuşlarda dünyanın ən etibarlı hərbi təyyarəsi hesab olunur. Moskva öz elm və texniki nailiyyətinə kölgə salınmasına razı idi, amma ermənilərin bədxah, nifrətə layiq bir millət olduğunun bildirilməsinə – yox. Bizim təyyarədən sonra ermənilərin Türkiyəyə məxsus olduğu hesab edərək, yuqoslavların hərbi təyyarəsini də raketlə vurub salmaları rusların təqdimatında sadəcə “aviakatastrofa” kimi qiymətləndirilmişdi.

 
Yeri gəlmişkən, Yuqoslaviya təyyarəsində həlak olan 7 nəfərlik ekipajın Leninakana köməyi igidlik, qəhrəmanlıq səviyyəsinə qaldırılıb, onların xatirəsinə böyük bir abidə ucaldılsa da, sayca onlardan 10 dəfədən də çox olan Azərbaycan oğullarının fədakarlığı heçə endirilmiş, sayılmaz edilmişdi…

 


Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı

P.S.   Ancaq təəssüf ki, Vaqif Əhmədovun - hazırda II qrup əlil olan bu qorxmaz, cəsur azərbaycanlının  28 il əvvəl göstərdiyi hünər, əsl vətənpərvərlik nümunəsi o zaman nə Sovet dövləti, nə də Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi.  Yəqin ki, indi də gec deyil...


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Gələn ilin büdcəsi daha böyük olmalıdır”
24.09.2017, 17:48

“Gələn ilin büdcəsi daha böyük olmalıdır”

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb
24.09.2017, 17:20

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...
24.09.2017, 17:09

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...

Prezident bölgələrdə yeni sənaye zonalarının yaradılması barədə göstəriş verib
24.09.2017, 16:58

Prezident bölgələrdə yeni sənaye zonalarının yaradılması barədə göstəriş verib

İlham Əliyev: Əsas məqsədimiz yerli istehsalı gücləndirmək, idxaldan asılılığı azaltmaqdır
24.09.2017, 16:55

İlham Əliyev: Əsas məqsədimiz yerli istehsalı gücləndirmək, idxaldan asılılığı azaltmaqdır

AAAF rəhbərindən Prezidentə şok müraciət: "30 min sakini ayağa qaldırmaq istəyirlər" - VİDEO
24.09.2017, 16:40

AAAF rəhbərindən Prezidentə şok müraciət: "30 min sakini ayağa qaldırmaq istəyirlər" - VİDEO

Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR
24.09.2017, 16:00

Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA
24.09.2017, 15:55

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib
24.09.2017, 15:01

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”
24.09.2017, 14:00

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR
24.09.2017, 13:56

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR

Prezident Salyanda səfərdədir
24.09.2017, 13:28

Prezident Salyanda səfərdədir

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA
24.09.2017, 13:09

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir
24.09.2017, 12:57

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir
24.09.2017, 12:40

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”
24.09.2017, 12:33

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub
24.09.2017, 12:24

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub

Prezident Neftçalada açılışlar etdi
24.09.2017, 12:13

Prezident Neftçalada açılışlar etdi

Sabah yağış yağacaq
24.09.2017, 12:10

Sabah yağış yağacaq

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb
24.09.2017, 11:40

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb

Həmsədrlər regiona səfər edəcək
24.09.2017, 10:55

Həmsədrlər regiona səfər edəcək

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB
24.09.2017, 10:44

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”
24.09.2017, 10:37

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”

Almaniyada parlament seçkiləri keçirilir
24.09.2017, 10:23

Almaniyada parlament seçkiləri keçirilir

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə
24.09.2017, 10:10

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI
24.09.2017, 09:47

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI

Ermənistan atəşkəsi 126 dəfə pozdu
24.09.2017, 09:40

Ermənistan atəşkəsi 126 dəfə pozdu

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib
24.09.2017, 09:38

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı
24.09.2017, 00:47

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…   
24.09.2017, 00:30

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…  

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib
24.09.2017, 00:22

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO
24.09.2017, 00:13

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO

Masallı sakini öz evini yandırdı
23.09.2017, 23:47

Masallı sakini öz evini yandırdı

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...
23.09.2017, 23:30

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü
23.09.2017, 23:12

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.2%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.87%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(11.1%)
- Məhərrəmlık əsl İslama ziddir(34.7%)