Modern.az

Sabah Nərimanov və Suraxanıda qaz olmayacaq

Sabah Nərimanov və Suraxanıda qaz olmayacaq

14 Fevral 2017, 18:48

Bakının Suraxanı və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu C.Qurbanov küçəsi “Aura” şadlıq sarayınını qarşısında, diametri 530 mm-lik yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və qaz tənzimləyicinin mövcud xəttə qoşulması ilə əlaqədar, nəzərdə tutulmuş işlər aparılacaq.

 

Görulən işlər zamanı, sabah saat 09:00-dan 17:00-dək Suraxanı rayonunun Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin, həmçinin Nərimanov rayonu H.Əliyev, Xətai prospekti, Təbriz küçəsi, C.Hacıbəyli, Həsənoğlu, Ə.Əlizadə küçələrində və ətraf ərazilərin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

 

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir