Modern.az

Ermənistana daha bir “aprel dərsi” verilə bilər: "Bu, İlham Əliyevin danılmaz uğurudur"

Ermənistana daha bir “aprel dərsi” verilə bilər: "Bu, İlham Əliyevin danılmaz uğurudur"

14 Fevral 2017, 21:15

“Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumi yanaşmanı dəyişdirməyi bacardı. Bu, aprel müharibəsində prezident İlham Əliyevin əsas müvəffəqiyyətlərindən biri id”. Modern.az saytının xəbərinə görə, bunu  Ermənistan mətbuatına müsahibəsində “Exo Kavkaza” və “Azadlıq” radiolarının siyasi şərhçisi Vadim Dubnov bildirib.

 

Ekspertin sözlərinə görə, yenidən aprel müharibəsi təkrarlana bilər.

 

“Aprel müharibəsinin təkrarı bir texnika işidir. Ola bilər ki, böyük müharibə olmasın, amma yeni “aprel” təhlükəsi yaşana bilər”-deyə o bildirib.

 

Politoloq qeyd edib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev cəbhə ilə bağlı proseslərdə təşəbbüsü ələ aldı.

 

Vadim Dubnov bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını da prezident İlham Əliyevin uğuru kimi xarakterizə edib.

 

“İlham Əliyev Lapşinin ekstradisiyası məsələsində uğurlu vəziyyətdən istifadə etdi. Və demək olar ki, bu, onun taktiki müvəffəqiyyətidir. Rəsmi Bakı öz təşəbbüsünü inkişaf etdirir... Prezident İlham Əliyev həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində siyasi özünütəsdiq planında danılmaz uğura nail oldu”-deyə Vadim Dubnov bildirib.

 

Aqşin KƏRİMOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir