Modern.az

Hazırlıqdan qayıdan şagirdi maşın vurub öldürdü

Hazırlıqdan qayıdan şagirdi maşın vurub öldürdü

14 Fevral 2017, 21:32

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisində yaxınlıqdakı orta məktəbdən - repetitor yanından qayıdan Qardili kənd sakini Əliyev Şəhriyar Nemət oğlunu “Moskviç” markalı avtomaşın vurub. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, ağır xəsarət alan 2000-ci il təvəllüdlü Şəhriyar Əliyev hadisə yerindəcə keçinib.

Kənd sakinlərinin dediyinə görə, hadisəyə səbəb qarın əriməsindən sonra yol qırağının palçıq olması səbəbindən məktəbdən qayıdan uşaqların maşın yolu ilə getməsi olub.

Qeyd edək ki, Şəhriyar Əliyev ailənin yeganə övladı olub və bir neçə il əvvəl ağır xəstəlikdən əziyyət çəkən anasını itirib. Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?