Modern.az

Kim Çen Inın qardaşını Şimali Koreya kəşfiyyatı öldürüb - FOTO

Kim Çen Inın qardaşını Şimali Koreya kəşfiyyatı öldürüb - FOTO

Dünya

14 Fevral 2017, 21:39

Xəbər verildiyi kimi, Şimali Koreya liderin Kim Çen Inın ögey qardaşı Kim Çen Nam Malaziyanın paytaxtı Kuala-Lumpurda öldürülüb.

İlkin ehtimala görə, Kim Çen Nam Şimali Koreyanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kuala-Lumpur aeroportunda zəhərlənərək öldürülüb. Onun ölüm faktını Malayziya polisi təsdiqləyib. 

Modern.az saytının xəbərinə görə, diktatorun qardaşının öldürülməsi ilə bağlı yeni məlumat yayılıb. 

 

“Reuters” agentliyi ABŞ hökumətindəki mənbələrə istinadən bildirib ki, ABŞ Kim Çen Inın qardaşının Şimali Koreyanın xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünə əmindir.

 

Qeyd edək ki, Malayziyanın hüquq-mühafizə orqanları hələlik Kim Çen Namın öldürülmə motivini təyin edə bilməyib. Onun cəsədinin çərşənbə günü yarılması planlaşdırılır.

 

46 yaşlı Kim Çen Nam ailədə böyük övlad olsa da, intizamsızlığına görə atası tərəfindən varislikdən çıxarılmışdı. Uzun illər Çində yaşayan Nam öz ögey qardaşı Kim Çen Ina qarşı müxalif mövqeyi ilə seçilirdi.

 

Aqşin KƏRİMOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır