Modern.az

Suriyaya dair Astana danışıqlarının vaxtı dəyişdi

Suriyaya dair Astana danışıqlarının vaxtı dəyişdi

Dünya

14 Fevral 2017, 22:48

Astanada Suriyaya dair danışıqların sabaha planlaşdırılan ikinci raundunun tarixi fevralın 16-na keçirilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyasının məlumatında bildirilir. Məlumata görə, tarixin dəyişdirilməsinə səbəb Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin hələ ki Qazaxıstana getməməsi göstərilib.  

Qeyd edək ki, Suriyada münaqişənin nizamlanmasına dair Astana prosesinin növbəti iclası 15-16 fevral tarixinə planlaşdırılmışdı. Görüşün qapalı şəraitdə keçiriləcəyi bildirilir. Görüşdən sonra mətbuat-konfransı keçiriləcək.  

Danışıqlarda iştirak etmək üçün Rusiya, İran, Suriya hökuməti və BMT-nin nümayəndə heyətləri artıq Astanadadır.  Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin də Qazaxıstana gəlməsi gözlənilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür