Modern.az

“Tramp və Netanyahu Fələstin dövlətini Sinayda quracaq ” – Sensasion AÇIQLAMA

“Tramp və Netanyahu Fələstin dövlətini Sinayda quracaq ” – Sensasion AÇIQLAMA

14 Fevral 2017, 22:57

İsrail hökumətində təmsil olunan Əyyub Qara sensasion açıqlama ilə çıxış edib.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi Qəzza sektoru və Sinay yarımadasında Fələstin dövlətinin yaradılacağını deyib. Onun sözlərinə görə, bu dövlət Misirin Sinay yarımadasının bir hissəsinin və Qəzza sektorunu əhatə edəcək.

 

 

Əyyub Qara bu barədə Misir prezidenti Əbülfəttah əl-Sisiin çıxış etdiyini və təklifin Tramp-Netanyahu görüşündə müzakirə olunacağını əlavə edib.

 

 

“ABŞ-da hakimiyyətə yeni prezident gəlib və o, Səudiyyə Ərəbistanı, İordaniya və Misir kimi sünni ölkələri ilə İsrail arasında sülhün bərqərar olmasına çalışır”.

 

 

2014-cü ildə prezident Əbdülfəttah Əl-Sisi Fələstin administasiyasının lideri Mahmud Abbasa Sinay yarımadasını da əhatə edəcək Fələstin dövlətini yaratmağı təklif etmişdi. Əl-Sisi Sinay yarımadasının 1600 kvadrat kilometrlik hissəsini güzəştə getməyə hazır olduğunu bəyan etmişdi. Həmin ərazi sahəsinə görə, Qəzza sektorundan 5 dəfə böyük idi və bütün fələstinli qaçqınların yaşaması üçün nəzərdə tutulmuşdu. Əvəzində fələstinlilər 1967-ci ildə İsrailin işğal etdiyi ərazilərdən imtina etməli idilər.

 

O zaman Abbas bu təklifi geri çevirmişdi.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır