Modern.az

Azərbaycan dünyanın 20 ən təhlükəsiz ölkəsi sırasındadır

Azərbaycan dünyanın 20 ən təhlükəsiz ölkəsi sırasındadır

14 Fevral 2017, 23:15

Azərbaycan cinayət səviyyəsinə görən dünyanın ən təhlükəsiz ölkələri sırasında ilk iyirmiliyə daxil olub. Modern.az saytı  "Trend"ə istinadən xəbər verir ki, bu barədə ölkələr və şəhərlər barədə ən böyük statistik məlumatların yer aldığı “Numbeo” saytında məlumat verilir.

125 ölkə arasında aparılan statistik araşdırmalar nəticəsində Azərbaycan 18-ci yerdə qərarlaşıb.

 

İlk onluqda Avstriya, Danimarka, Yaponiya, Belarus, Gürcüstan yer alıb.

 

Araşdırmaya görə, ən kriminal ölkələr Venesuela, Cənubi Afrika Respublikası, Nigeriya və Braziliya hesab olunub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir